Arxiv
12 Yanvar 2019, 18:14 | MEDİA
Azərbaycanlı jurnalist Mariya Zaxarovaya müraciət etdi

Jurnalist Aida Eyvazlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya açıq məktub yazıb. Modern.az həmin məktubu təqdim edir.


- Xanım Mariya Zaxarova! 

Çıxışlarınızın birində demişdiniz ki, Azərbaycanda baş verənlər haqqında sizə xəbər verən dostlarınız çoxdur. Əfsuslar olsun ki, dostlarınız yaşayan ölkənin vətəndaşlarına heç vaxt səmimi yanaşmamısınız. 

Siz, xasiyyətinizə uyğun olaraq, ildə bir dəfə Azərbaycan hökumətinə erməni familiyası daşıyan və erməni millətindən olan rus vətəndaşların Bakıya buraxılmaması barədə xəbərdarlıq edirsiniz. Sizə bir neçə dəfə Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüləri və rəsmi nümayəndələri rəsmi cavab verərək, bildiriblər ki, Ermənistan və ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıblar. Buna görə də hər hansı ermənini Bakıya buraxmamaqla Azərbaycan Respublikası onların təhlükəsizliyini təmin edir. 

Bakıya gəlmək istəyən ermənilərin qohumları, həmyerliləri dünyanın hər yerində, eləcə də Rusiyada yaşayırlar. Ona görə də, biz sülhsevər xalq kimi, ölkəmizə gələn hər bir şəxsin təhlükəsizliynə təminat veririrk. Ermənilərlə isə aramızda ərazi və torpaq davası getdiyi üçün, o millətin nümayəndələrinin Bakıya hansı məqsədlə gəlib, gələcəkdə hansı təxribatlar törədib-törətməyəcəyinə zəmanət verə bilmərik. Bir də ki, minlərlə övladı ermənilər tərəfindən öldürülmüş azərbaycanlılar həqiqətən də onları haqlı olaraq, özlərinə düşmən sayırlar. 

Bugünlərdə siz yenə brifinq keçirərək, Azərbaycanı milli ayrı-seçkiliyə, erməni millətindən olan Rusiya vətəndaşlarını Bakıya buraxmadıqlarına görə ittiham edir və Kristina Gevork adlı hansısa erməninin Bakıya buraxılamamsını Rusiya vətəndaşının hüquqlarının pozulması kimi qeydə alırsınız. 

Çox hörmətli Mariya Zaxarova! Siz öz vətəndaşlarınızın təəsübünü belə çəkirsinizsə, niyə onda 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev üşçün narahat olmursunuz? Çünki Kristina Gevorkdan fərqli olaraq, o erməni deyil, azərbaycanlıdır? Siz əgər öz vətəndaşlarınıza belə dəyər verirsinizsə, hüquqlarını qoruyursunuzsa, onda nə üçün Dilqəm Əsgərovun həyatına biganə qalmılsınız? Belə çıxır ki, azərbaycanlı olmaq, hələ Rusiya vətəndaşlarının hüququndan istifadə etməyə imkan vermir? Niyə bu qədər fərq qoyursunuz? 

Axı dəfələrlə Azərbaycanda olub, Xəzərin sahilində “Jara” festivalını izləyəndə görmüsünüz ki, azərbaycanlılar çox tolerant və multikultural bir xalq, millətdirlər. Biz heç vaxt heç kimin torpağını zəbt etməmişik. Ermənilərin himayədarlarının gücü ilə əlimizdən qanla alınan torpaqlarımızı geri istəmək nə vaxtdan diskriminasiya olub? Bəs bizim 1 milyondan artıq qaçqın və köçkünümüz haqqında niyə bir dəfə səsinizi qaldrımırsınız? 

Bəli, bilirəm siz böyük bir dövlətin XİN sözçüsüsünüz. Sadəcə, bizə qarşı hər zaman diskriminasiya nümayiş etdirirsiniz. Heç vaxt bizim haqqımızda doğru bir söz demədiniz. Mən Dilqəm Əsgərov barədə Rusiya prezidenti cənab Vladimir Putinə də müraciət etmişəm. Niyə biz azərbaycanlılar müraciət edəndə ermənilərə görə etdiyiniz narahatlıqlar, reaksiyalar olmur? 

Sizin “Göstərilən faktlar, bizim nəzərimiziə görə bunu deməyə əsas verir ki, baş verənlər Rusiya vətəndaşlarının hüquqlarını pozur”,- sözlərinizi özünüzə bir daha xatırladaraq, qeyd etmək istəyirəm ki, biz bütün xalqların nümayəndələrinə hörmətlə yanaşırıq. Ancaq Siz arada bir hər dərdinə şərik olduğunuz Ermənistanın XİN-indən soruşun görün ki, indiyə qədər neçə azərbaycanlı millətindən olan vətəndaşı ölkəsinə buraxıblar?! Və əgər əziyyət olmasa, bir də ermənilərin öldürdüyü minlərlə azərbaycanlının siyahısını alıb, stolunuzun üstünə qoyun. Bəlkə nə vaxtsa, insafınız və yatmış vicdanınız oyanar. 


Aida Eyvazlı, 
Jurnalist 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elçibəyin müşaviri vəfat eib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə  26 İyun 2019, 16:47 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40