Arxiv
15 Yanvar 2019, 13:00 | PARLAMENT
Struktur islahatlarının davamı olacaq - Deputatlar Prezidentin fərmanlarını alqışladılar  

Prezident İlham Əliyev yanvarın 14-də Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib: bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Ölkə başçısının imzaladığı digər fərmanla isə Müdafiə Sənayesi Nazirliyi ləğv olunub və onun əsasında  “Azərsilah” ASC yaradılıb.

 

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a ölkə başçısının həyata keçirdiyi struktur islahatlarından və dövlət idarəçiliyinin təkmilləşdirilməsindən danışıblar.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı  ötən həftə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu il üçün idarəetmə sistemində ciddi islahatların aparılacağı anonsunu verdiyini qeyd edib.

 

“Bir neçə gün keçdikdən sonra ölkə başçısının söylədiyi fikirlərin konkret nəticələrini özündə ehtiva edən fərmanlar imzaladığının şahidi olduq. Hesab edirəm ki, bu, davamlı olacaq və sistemli xarakter daşıyacaq. Artıq bir neçə qurum, adı olan, lakin fəaliyyəti görünməyən, dövlətçiliyə bu və ya digər şəkildə xidmət göstərə bilməyən strukturlar ləğv edildi. Bir sıra lokal şəkildə fəaliyyət göstərən qurumların daxilindəki strukturlar birləşdirildi”.

 

Deputat bildirib  ki, Azərbaycanda əldə edilən uğurların ən başlıca səbəblərdən biri ölkə başçısı tərəfindən idarəçilik sistemində mükəmməlliyin təmin edilməsidir:

“Xatırladım ki, Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçildikdən sonra bir neçə nazirlik yaradıldı, bəziləri birləşdirildi. Bu günə qədər dünyada gedən proseslərin məntiqindən doğan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirmək kimi böyük layihələrin reallaşmasının ən vacib şərtlərindən biri kimi ölkə başçısının idarəçilik sisteminin əsas xətti olub. Proses davam edir və bundan sonra da davam edəcək”.


Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə
də xatırladıb ki, ölkə başçısı bir neçə gün bundan öncə Nazirlər Kabinetinin iclasında islahatlar siyasətinin davam etdiriləcəyini, idarəetmənin daha çevik mərhələyə çatacağı anonsunu vermişdi.

“Bunun nəticəsidir ki, ötən gün bu istiqamətdə bir neçə ciddi addımlar atıldı. Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin birbaşa istehsalda iştirakından geri çəkildiyini göstərdi. Bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri birbaşa istehsalda iştirak etmirlər. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdən ayrılaraq ayrıca bir səhmdar cəmiyyətə çevrilməsi çox düzgün addım idi”.

Deputat bildirib  ki, şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sisteminə keçəcək, eyni zamanda bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək.

”Digər tərəfdən bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğv edilməsi, günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi”.

 

A.Mirzəzadə deyib ki, Azərbaycan özünün müstəqilliyi dövründə hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb.

“Struktur islahatları ilə bağlı ötən gün atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək”.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov deyib ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatları əslində 2015-ci ildən bəri reallaşdırılan dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir:

“Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkədir və bu inkişaf daha çevik struktura malik olan optimal idarəetmə tələb edir. Çünki məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxmışdı. Prezident İlham Əliyevin Fərmanı ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək”.

 

Deputat qeyd edib ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq:

“Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist səciyyəsi daim yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabətqabiliyyətliliyini artırır. Hazırda dünyanın bir çox reytinq təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir. Əgər bunun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda, o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki, hazırda biz buna şahidlik edirik. Məsələnin ən vacib tərəflərindən biri də budur ki, indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində olduqca münbit biznes mühiti yaranıb. Ümumi daxili məhsul istehsalı sahəsində özəl sektorun xüsusi çəkisi kifayət qədər artıb və bu da bir sıra sahələrdə dövlət tənzimləməsini zəruri etmir. Ona görə də gələcəkdə həmin sahələri tənzimləmək üçün mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumiyyətlə, struktur islahatları desentralizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfələr verəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 18:56 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19 Binə sakinini bıçaqlayan şəxs tutulub 23 Avqust 2019, 13:57 Cəbrayıllı həkimlər humanitar aksiya keçirdilər - FOTOLAR 23 Avqust 2019, 13:56 Cəbrayıl və Füzulinin işğal günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR 23 Avqust 2019, 13:47 Fransa Azərbaycan yeni səfir təyin etdi 23 Avqust 2019, 13:46 Putin vacib müraciət edəcək – Detallar açıqlanmır 23 Avqust 2019, 13:44