Arxiv
22 Yanvar 2019, 12:15 | PARLAMENT
Prezidentin humanistliyini alqışladılar: “Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək”  

Həbsdəki bloger Mehman Hüseynov dünən - yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasını xahiş edib.

Müraciətə dərhal reaksiya verən Prezident  İlham Əliyev Mehman Hüseynov barəsində açılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

 

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq M.Hüseynov barəsindəki əlavə cinayət işinin icraatına xitam verilməsinə münasibət bildiriblər.

 

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əlehinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu:

“Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək".

 

Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib ki, Mehman Hüseynov adlı gənc bir məhbusun işindən xaricdəki müəyyən qüvvələr siyasi şou düzəldərək, Azərbaycan dövlətinə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışdılar:

“Amma bu, baş tutmadı. İlk növbədə həmin gəncin özü bu kampaniyada iştirak etmək istəmədi və onun adından istifadə edilməsinə etiraz etdi. Digər tərəfdən isə bir vətəndaş kimi hüququndan istifadə edərək, dövlət başçısına müraciət ünvanlayıb, bu məsələyə müdaxilə edilməsini istədi. Cənab Prezidentin hüquq-mühafizə orqanlarına tapşırığından 1 gün sonra isə Mehman Hüseynovun gənc olduğu, ailə ilə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alınaraq onun barəsindəki cinayət işinə xitam verildi.  Bunun özü də göstərir ki, Azərbaycan dövləti hər bir vətəndaşının qayğısına qalır.  Azərbaycanda istənilən problem hüquqi müstəvidə həll edilir. Humanistlik, vətəndaşın problemlərinə qayğı Azərbaycan dövlətinin, Prezidentinin fəaliyyətinin əsas qayəsidir”. 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Mehman Hüseynov barəsindəki cinayət işinə xitam verilməsini ölkə başçısının humanist addımı kimi qiymətləndirib:

“Cənab Prezident hər zaman ölkə vətəndaşlarına xüsusi diqqət yetirir. Mehman Hüseynov ətrafında xoşagəlməz hallar baş verirdi. Ölkə daxilində müxalifət Mehman Hüseynov hadisəsini əllərində bayraq edərək, mitinqlərdə ölkə başçısına qarşı əsassız ittihamlar irəli sürüblər. Digər tərəfdən, Avropa İttifaqına daxil olan ölkələrin diplomatları onunla görüşdülər. Bəlli oldu ki, Mehman Hüseynovun saxlanması ilə bağlı hər hansı bir problem yoxdur. Bütün bunlar bir ssenarinin tərkib hissəsi kimi diqqəti cəlb edib.  Təəssüflər olsun ki, bu cür hallardan anti-Azərbaycan qüvvələri, eyni  zamanda ölkəmizdə fəaliyyət göstərən anti-milli qüvvələr istifadə etdilər. Yəqin ki, bundan sonra da bu və ya buna bənzər hadisələrdən çalışacaqlar ki, istifadə etsinlər”.

 

Deputat əmindir ki, Mehman Hüseynov azadlığa buraxılacaq:

“Hesab edirəm ki, o da özü üçün nəticələr çıxarıb. Ola bilsin ki, ona qarşı haqsızlıq da olub. Mən bunu bilmirəm. Çünki prosesin tam içərisində deyiləm. Əgər haqsızlıq olubsa, buna qətiyyən yol vermək olmaz.  Biz bu cür gənclərlə profilaktik tədbirlərə daha çox üstünlük verməliyik. Onların üzərində işləyən anti-milli qüvvələrin fəaliyyətini diqqətlərinə çatdırmalıyıq ki, öz potensialını, istedadını, gücünü Azərbaycan dövlətçiliyinə sərf etsinlər. Xüsusi olaraq  qeyd etmək istəyirəm ki, məmurlar, hüquq-mühafizə orqanları bu cür hallar baş verən zaman çox ehtiyatlı olmalıdırlar. Çünki yaranmış olan cüzi  bir situasiyadan Azərbaycanı sevməyən qüvvələr istifadə edə  bilməsinlər”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34 “Relaks”da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA 23 Avqust 2019, 17:24 Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” 23 Avqust 2019, 17:15 Peşə məktəblərinə sənəd qəbulunun II turu keçiriləcək 23 Avqust 2019, 17:10 Bakıda 50 ədəd şam ağacı yandı 23 Avqust 2019, 16:57 ADU-ya qəbul olunan imkansız tələbə: “Heç ümidim yox idi...” - FOTO 23 Avqust 2019, 16:49 Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü anıldı 23 Avqust 2019, 16:46 “Gəncə işi”nə görə tutulanlardan biri azad olundu 23 Avqust 2019, 16:38 Putin Ərdoğanla İdlibi müzakirə etdi 23 Avqust 2019, 16:35 Sabah Fransada G7 sammiti başlayacaq 23 Avqust 2019, 16:31 Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlandı 23 Avqust 2019, 16:19 Sülhün Səfiri - Etibar Cəbrayıloğlu YAZIR 23 Avqust 2019, 16:10 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!” 23 Avqust 2019, 16:05 Bir şəklin tarixçəsi: Qabil, Xəlil Rza, Tofiq Bayram “Sonuncu dərviş”in evində… 23 Avqust 2019, 15:50 Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX 23 Avqust 2019, 15:34 Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək 23 Avqust 2019, 15:27 Azərbaycanın xarici dövlət borcu açıqlandı - 8 milyard 920 milyon  23 Avqust 2019, 14:53 Şəhid ailələrinin sosial məsələləri ictimailəşdirilib 23 Avqust 2019, 14:30 Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil - ŞƏRH 23 Avqust 2019, 14:23 Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI 23 Avqust 2019, 14:19