Arxiv
23 Yanvar 2019, 12:11 | MEDİA
AzTV-də təmizləmələr başladı - Eks-nazirin adamı “VURULDU”

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.

 

Modern.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb.

Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev (Eks-təhsil naziri Misdir Mərdanovun vaxtında uzun müddət Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri işləyib - Modern.az) və onun müavinləri vəzifəsindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub. Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Ş.Əliyev fəaliyyəti ilə bağlı qalmaqallar ilə yadda qalıb.

 

Kadr islahatına daxil olan digər məsələ “Xəbərlər” İnformasiya redaksiyası ilə bağlıdır. Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa qurumun bir neçə ölkədən təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.

İslahatlarla bağlı faktları AzTV-dən təsdiqləyiblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16 Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı 16 Avqust 2019, 22:59 Qəzzadakı toqquşmalarda 33 fələstinli yaralandı 16 Avqust 2019, 22:43 Cəlilabadda sərxoş sürücü körpünü, mağazaları dağıtdı 16 Avqust 2019, 22:29