Modern.az

ANS-in ən reytinqsiz verilişlərinin adları açıqlanıb

ANS-in ən reytinqsiz verilişlərinin adları açıqlanıb

Media

28 Noyabr 2011, 14:08

Modern.az saytı xəbər verir ki, ANS TV-də yayımlanan verilişlər arasında ən reytinqsiz olanların adları açıqlanıb. Bu barədə noyabrın 28-də axşam ANS-də efirə gedən “El gizli axşamlar” verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib. O, bildirib ki, hazırda ANS telekanalında efirə verilən iki veriliş ən reytinqsiz proqramlardır. Bunlar hərbi-vətənpərvərlik mövzusunda çəkilən “Marş” və gənclərin keçmişə qayıtmaq, keçmişi görmək istəklərini gerçəkləşdirmək məqsədilə ekranlaşdırılan “Keçmişə salam” verilişləridir.

Bu verilişlərin hər ikisi ciddi layihələrdir və onların reytinq yığa bilməməsi bir daha onu göstərir ki, Azərbaycan tamaşaçısı yüngül, bayağı, şou-biznes nümayəndələrindən bəhs edən proqramlara daha havəslə baxmağa meyllidir... Təəssüf...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır