Modern.az

Erməni nazir Qarabağ münaqişəsi ilə bağlı gizli razılaşmanı təkzib etdi

Erməni nazir Qarabağ münaqişəsi ilə bağlı gizli razılaşmanı təkzib etdi

Qarabağ

28 Yanvar 2019, 13:33

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gizli razılaşmalar barədə söhbətlər əsassızdır”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan açıqlama verib.

 

“Sizin bilmədiyiniz heç bir məsələ müzakirə olunmur. Dialoq bizim üçün vacib olan məsələlər ətrafında gedir. Məni cəmiyyətdə nəyisə itirdiyimiz yaxud güzəştə getdiyimizlə bağlı söz-söhbətlər təccübləndirir. Haradan belə əhval yaranıb? Elə bir məsələ yoxdur ki, ictimaiyyətin xəbəri olmadan addım ataq”.

 

Mnatsakanyan Yerevanın ilk növbədə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını və xalqların sülhə hazırlanması barədə son açıqlamanın bundan əvvəl də verildiyini xatırladıb.

“BMT dəfələrlə bununla bağlı çağırışlar edib və biz bu təşkilata dəstəyi üçün minnətdarıq”.

 

Mnatsakanyan təmas xəttində sakitliyin saxlanılmasının önəmindən danışıb.

“Sülhə alternativ yoxdur. Alternativ ancaq faciə ola bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır