Arxiv
7 Fervral 2019, 16:23 | PARLAMENT
Onkoloji xəstəlikləri yaradan 1-ci faktor - Deputatlardan ÇAĞIRIŞ: “Hər kəs özünü qorusun!”

Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər onkoloji xəstələrin sayının artması diqqət çəkir.  Ən çox yayılan kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir.

Mütəxəssislər deyirlər ki,dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan geniş miqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur. İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması – reproduksiyadır.


Milli Məclisin deputatları bu dəfə Modern.az-a qida sahəsindəki vəziyyətlə bağlı danışıblar. Qeyd ediblər ki, qida faktoru ilə bağlı məsələlər qlobal problemdir.


Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov
bildirib ki, bütün dünya təhlükəli məhsullardan sığortalana bilmir. Deputatın sözlərinə görə, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları başqa ölkələrdə yetişdirilənlərlə müqayisədə yüksək keyfiyyətə malikdir:

“Elə bu səbədəndir ki, ixrac məhsullarımızın payı artır. Bu məhsullar içərisində də pomidor birinci yeri tutur. Pomidor ixracından ölkəyə  160-170 milyon dollar həcmində vəsait daxil olb. Niyə? Çünki  keyfiyyətlidir. Moskvada hamı alıb yeyir. Eyni zamanda, ölkədə yetişdirilən meyvələrin əksəriyyəti də ekoloji cəhətdən təmizdir. Düzdür, ölkəyə xarici ölkələrdən geni dəyişdirilmiş məhsullar da daxil olur. Amma ümumilikdə nəninki Azərbaycan, eləcə də bütün dünya təhlükəli məhsullardan sığortalana bilmir. Hazırda bizdə bu sahədə işlər gedir. Qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Onlar haqqında Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində müəyyən maddələr nəzərdə tutulub”.

 

E.İbrahimov bir vətəndaş olaraq, istehlakçıları gündəlik istifadə edilən ərzaq məhsullarının tarixinə diqqətlə baxmağı tövsiyə edib:

“Hazırda müxtəlif marketlərdə fərqli çeşidlərdə məhsullar təklif edilir. Alıcıya seçim hüququ verilir. Alıcı da aldığı məhsulun keyfiyyətinə nəzarət üçün ilk növbədə onun qablaşdırılma tarixinə diqqət etməlidir. Hazırda vaxtı keçmiş məhsulların satışdan çıxarılması ilə bağlı yoxlamar gedir. Düşünürəm ki, hər bir insan, rəsmi qurum, ictimai təşkilat bu məsələlərə diqqət etməlidir. Təəssüflər olsun ki, vaxtı keçmiş, keyfiyyətsiz məhsulların qəbulu səbəbindən insanlar arasında zəhərlənmələr baş verir. Bunların təkrarlanmaması üçün hamımız birlikdə çalışmalıyıq”.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Çingiz Qənizadənin sözlərinə görə, parlamentdə geni dəyişmiş məhsulların ölkəyə gətirilməsi ilə bağlı qanun qəbul edilib:

“Hazırda geni dəyişmiş məhsulların ölkəyə gətirilməsi istiqamətində çox ciddi mübarizə aparılır. Cənab prezidentin sərəncamı ilə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin işi qənaətbəxşdir. Hesab edirəm ki, onlar bu sahədə ən öndədirlər və ölkəyə bu cür məhsulların gətirilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görürlər. Eyni zamanda Dövlət Gömrük Komitəsində aparılan islahatlar da bu işə öz töhfəsini verməkdədir. Hər iki qurum birlikdə təkcə xərçəng xəstəliyi deyil, digər xəstəliklərin də yaranmasının əsas mənbəyi olan geni dəyişmiş məhsulların, keyfiyyətsiz qidaların ölkəyə gətirilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görməkdədirlər”.

Deputat qeyd edib ki, demək olar ki, ölkədə monopoliya ləğv edilib:

“Ancaq yenə də bu cür məhsulların gətirilməsində maraqlı olan hansısa vəzifəli və imkanlı şəxslər varsa, ümid edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi onlara qarşı  qanunla nəzərdə tutulmuş qaydada çox ciddi tədbirlər görəcəklər. Xalqın mənafeyindən çıxış edərək belə məhsulların ölkəyə buraxılmasına imkan verməyəcəklər”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas da təsdiqləyir ki, bir çox xəstəliklərin yaranmasına səbəb keyfiyyətsiz qidalardır:

“Bundan əlavə, energetik içkilər, saxta alkoqollar, geni dəyişmiş məhsullar  xəstəlik gətirən faktorlardır. Hər kəs özünü qorumalıdır. Uşaqlara “Coca-cola”, energetik içkilər içirdə-içirdə narkoman etmişik. Bu içkilərin hamısında aludəçilik var. İnsana da çox böyük ziyan edir. Əhliman Əmiraslanov savadlı həkimdir. O deyirsə ki, xərçəng xəstəliyinin yaranmasının səbəblərindən biri  də keyfiyyətsiz qidalardır. O zaman demək  elədir. Mən Əhliman müəllimdən savadlı deyiləm. O, bu işin peşəkarıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri əmr imzaladı 16 İyul 2019, 10:35 Çeçenistanda təyyarə yaşayış evinə düşdü 16 İyul 2019, 10:31 İngiltərə və Şotlandiya futbol komandaları BANM-da xeyriyyə oyunu keçirib 16 İyul 2019, 10:31 Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir 16 İyul 2019, 10:28 Azərbaycan nefti bahalaşdı 16 İyul 2019, 10:25 Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13