Arxiv
9 Fervral 2019, 14:33 | PARLAMENT
“Bəzi araqarışdıran saytlarda minimum əməkhaqqının artması pis mənada müzakirə edilir”

“Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamı inqilabi bir addımdır. Mən və digər deputat həmkarlarım Milli Məclisdə büdcə müzakirələri zamanı ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmüşük. Burada ilkin fikir bundan ibarət idi ki, minimum əməkhaqqı ya 143, ya da maksimum 150 manat olmalı idi. Amma Prezident İlham Əliyev tamamilə fərqli qərar qəbul etdi, Maliyyə Nazirliyinin təkliflərini bir kənara qoyaraq, öz iradəsi ilə bu addımı atdı. Beləliklə, ilk dəfə olaraq ölkədə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı. Bu qərarı qəbul etdiyinə görə cənab Prezidentə minnətdarlıq edirik”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək:

“Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Minimum əməkhaqqının 50 manat artırılması böyük bir addımdır. Xatırlayırsınızsa, əvvəlki illərdə 10 faiz artım olurdu. Maaşı artırılanların siyahısına tibb bacıları, xadimələr, kitabxana işçiləri və digər qrup insanlar daxildir. Beləliklə, onların ailə büdcəsi 50 manat artmış oldu. Bu, olduqca önəmli və hiss olunan rəqəmdir. Prezident İlham Əliyev bu cür addımları hər il atır. Bir şeyi bilmək lazımdır ki, yaşayış minimumu istehlak səbətinin minimum rəqəmidir”.

 

Hadi Rəcəbli  deyib ki, bəzi araqarışdıran saytlarda, Facebook səhifələrində minimum əməkhaqqının 50 manat və ya 37 fazi artması  pis mənada müzakirə edilir:

“Bu, məni çox narahat edir. Ancaq bu, o demək deyil ki, ideal yaşayış üçün lazım olan rəqəmdir.  Bu rəqəmin adı var. Minimum əməkhaqqı və yaşayış minimumu. Bir daha qeyd edirəm ki, yanlış anlaşılmasın, bu rəqəm minimumdur. Burada “minimum” ifadəsini niyə işlədirik? Yəni əməkhaqqının ən aşağı həddidir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəlində 19 bölmə var, bu artım onların hamısına şamil ediləcək. Bu da bir daha onu göstərir ki, ölkə başçısı daim vətəndaş haqqında düşünür. Əhalinin güzəranının yaxşılaşdırılması üçün cənab Prezident tərəfindən belə addımlar davam etdirilərəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Yay məktəbi"ndə deputatlar ilə görüş keçirilib - FOTO 16 İyul 2019, 10:43 Təhsil naziri əmr imzaladı 16 İyul 2019, 10:35 Çeçenistanda təyyarə yaşayış evinə düşdü 16 İyul 2019, 10:32 İngiltərə və Şotlandiya futbol komandaları BANM-da xeyriyyə oyunu keçirib 16 İyul 2019, 10:31 Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi davam edir 16 İyul 2019, 10:28 Azərbaycan nefti bahalaşdı 16 İyul 2019, 10:25 Zaqatalada 9 ton  narkotik bitki yandırıldı   16 İyul 2019, 10:07 Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29