Modern.az

Xəstə futbolçunun imdad çağırışına CAVAB VERİLDİ

Xəstə futbolçunun imdad çağırışına CAVAB VERİLDİ

13 Dekabr 2025, 13:36

Azərbaycanın milli komandasının və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyevin ölkə ictimaiyyətinə ünvanladığı müraciətə cavab verilib.

Modern.az xəbər verir ki, "Neftci" klubu Kamal Quliyevin bütün müalicə xərclərinə kömək göstərəcəyini vəd edib. Bu barədə kluba yaxın çevrədən bildiriblər.

Xatırladaq ki, səhhətində ciddi problemlər yaranmış Kamal Quliyev bir neçə gün öncə videomüraciət yayaraq AFFA-dan və futbol ictimaiyyətindən maddi dəstək istəyib.

K.Quliyev 40 min manata ehtiyacı olduğunu və qaraciyərinin dəyişdirilə biləcəyini deyib.

K.Quliyev 1999-2005-ci illərdə Azərbaycan millisində oynayıb. Hazırda 49 yaşı olan veteran futbolçu 2011-2014-cü illərdə “Neftçi”də məşqçi, 2014-2016-cı illərdə “Neftçala” komandasında baş məşqçi işləyib.

Onun hazırda işsiz olduğu bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır