Modern.az

Deputat Milli Məclisin ABŞ Konqresinə etiraz bəyanatı göndərməsini təklif edib

Deputat Milli Məclisin ABŞ Konqresinə etiraz bəyanatı göndərməsini təklif edib

15 Dekabr 2009, 12:19

Modern.az xəbər verir ki, Milli Məclisin dekabrın 15-də keçirilən iclasında deputatlar ABŞ Konqresinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar həcmində yardım ayırması barədə qərarına münasibət bildiriblər. Millət vəkili Musa Quliyev təklif edib ki, konqresin bu qərarı ilə bağlı məsələnin müzakirəsi Milli Məclisin iclasının gündəliyinə salınsın. M.Quliyev deyib ki, Qarabağdakı erməni separatçılarına birbaşa yardımın göndərilməsi barədə qərar Amerikanın Azərbaycanla münasibətlərinə ziyan vurur.

Deputat bilidirib ki, məsələ Azərbaycan parlamantində ciddi müzakirə olunmalı və onunla bağlı Milli Məclis adından ABŞ Konqresinə etiraz bəyanatı verilməlidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir