Modern.az

“Danışıqlar masasında olan “Lavrov plan”ını tərəflərin heç biri qəbul etməyib”

“Danışıqlar masasında olan “Lavrov plan”ını tərəflərin heç biri qəbul etməyib”

Qarabağ

22 Fevral 2019, 17:27

“Hazırda danışıqlar masasında olan “Lavrov plan”ı tərəflərin heç biri tərəfindən qəbul olunmayıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland “Amerikanın Səsi”nə açıqlamasında deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən doğru yol kiçik addımlarla irəli getməkdən ibarətdir.

“Uzun illərdən sonra Ermənistanın yeni lideri Qarabağdan deyil. Buna görə o, ehtiyatlı olmalı, addımlarını radikal deyil, tədricən atmalıdır”.

 

Azərbaycan prezidenri İlham Əliyevlə  Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dialoq, təmas xəttində gərginliyin azalmasını müsbət siqnallar kimi qəbul etsə də, Hoqland ciddi irəliləyiş gözləmir.

“Hazırda danışıqlar masası üzərində olan “Lavrov planı”nı tərəflərin heç biri tərəfindən qəbul olunmayıb. Bu plan “Madrid prinsipləri”nə bənzəsə də, müəyyən fərqlilik var. Əsas fərq, Dağlıq Qarabağ sakinləri arasında referendumun keçirilməsini nəzərdə tutur. Tərəflərin bu planı qəbul etməməsinin əsas səbəbi sənəddə referendumun dəqiq keçirilmə tarixinin göstərilməməsidir”.

 

Hoqlandın fikrincə, həm Bakı, həm də Yerevan referendumun dəqiq tarixinin müəyyən olunmasını gözləyir.

 

Digər tərəfdən, keçmiş həmsədrin fikrincə, münaqişənin həllində Rusiya maraqlı tərəf deyil.

“Düşünürəm ki, İran münaqişənin həllində maraqlıdır. Amma Rusiya bu münaqişənin həllini istəyirmi? Moskvada bəzi qüvvələr hesab edir ki, əgər münaqişə həll olunarsa, onda regionda təsir rıçaqlarını itirəcəklər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi