Arxiv
8 Sentyabr 2009, 15:36 | REPORTAJ
Ali məktəblər indi necə mühafizə olunur?

MODERN.AZ ƏMƏKDAŞININ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜŞAHİDƏ ETDİKLƏRİ

"Yeni tədris ilində bütün təhsil müəssisələri dövlətin vəsaiti hesabına mühafizə olunacaq. Biz dövlətin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələr qurmuşuq və dərs ili başlayan andan problem həllini tapacaq. Özəl və dövlət ali təhsil müəssisələri, orta məktəblər, eləcə də uşaq bağçaları mühafizə ediləcək”. Bu sözləri təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib.
Aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən dəhşətli terror hadisəsindən sonra bütün təhsil müəssisələrində mühafizə xidmətinin gücləndirildiyi elan olunub. Yeni tədris ilinin başlanmasına bir neçə gün qalır. Modern.az-ın əməkdaşı Bakıdakı bəzi ali məktəblərdə olub, təhlükəsizliyin necə təmin olunduğunu araşdırmağa çalışıb.

Neft Akademiyasına müəllimlər də vəsiqə ilə buraxılır

Öncə faciə baş vermiş Azətbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına baş çəkdik. Binaya daxil olmaq cəhdimiz baş tutmadı. Çünki burda nəinki tələbələri, hətta müəllimləri də içəri vəsiqə ilə buraxırlar. Mülki geyimdə olan mühafizəçilər vəsiqə tələb edir, çantaları yoxlayırdılar. Mühafizə xidmətinin əməkdaşı Akifin sözlərinə görə, Neft Akademiyasının binasında kameralar da quraşdırılıb. O, ali məktəblər arasında ən ciddi mühafizə işinin məhz Neft Akademiyasında qurulmasının səbəbini məlum hadisə ilə əlaqələndirdi. 

Mühafizə əməkdaşları 300 manat maaş alırlar

Növbəti ünvanımız Dövlət Dillər və Slavyan universitetləri oldu. Dərslər başlanmadığı üçün tələbə izdihamı müşahidə olunmurdu. Slavyan Universitetinin məzunu Orxan bizimlə söhbətdə dedi ki, onlarda mühafizə məsələsi həmişə nəzarətdə olub: “30 aprel faciəsindən sonra mühafizə bir qədər də gücləndirildi”. Slavyan Universitetinin mühafizə xidmətinin əməkdaşları bildirdilər ki, işlərinə məsuliyyətlə yanaşmaya bilməzlər: “Ayda 300 manat maaşı bizə elə-belə vermirlər ki...” Dövlət Dillər Universitetində də mühafizə xidməti gücləndirilib Hər iki ali təhsil müəssisəsində izləyici kameralar da yerləşdirilib.

Tibb Universitetində mühafizə xidməti yaradılıb

Mühafizə xidmətinin gücləndirildiyi təhsil ocaqları sırasında Tibb Universiteti (ATU) də var. Yeri gəlmişkən, ADNA-da baş verən olaya qədər ATU-da mühafizə xidməti olmayıb. İndi isə artıq universitetdə nəzarət gücləndirilib, mühafizə xidməti fəaliyyət göstəriri.
Dövlət İqtisad Universiteti də gücləndirilmiş mühafizə rejimində işləyir. Təhsil müəssisəsində bir neçə mühafizəçi çalışır. Onlar içəri girənlərdən tələbə və müəllim vəsiqəsi tələb edir, çantaları yoxlayırlar. Universitetin tələbələri də təsdir etdilər ki, binaya vəsiqəsiz daxil olmaq mümkün deyil.
Bakı Dövlət Universitetinə də mühafizə gücləndirilmiş iş rejiminə keçib, çantalar yoxlanılır, izləyici kameralardan istifadə olunur.

Özəl təhsil ocaqlarında

Özəl ali məktəblərdə də müşahidələr apardıq. Beynəlxalq, Kooperasiya, Qərb, Təfəkkür universitetlərinin giriş qapısında ciddi nəzarət var. Yeri gəlmişkən, məlum terror olayından sonra Beynəlxalq Universitetdə bir dəfə həyəcan yaşanıb. Belə ki, maliyyə-kredit fakültəsinin tələbəsi qaz tapançası ilə binaya daxil olaraq tələbələri qorxudub. On görə də bu müəssisədə mühafizə xidməti digərləri ilə müqayisədə daha ciddi işləyir. Sentyabrın 15-dək mühafizə ilə bağlı bir sıra yeniliklərin şahidi ola bilərik. Təhsil naziri M.Mərdanov belə deyib.

Emil Salamoğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünlərlə görüşdü 18 Oktyabr 2019, 15:40 Siyavuş Novruzov müstəqillik günü ilə bağlı çıxış etdi 18 Oktyabr 2019, 15:38 Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” - FOTO 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01