Arxiv
23 Fervral 2019, 16:32 | PARLAMENT
"Srebrenitsa Anaları" Milli Məclisdə - FOTO

Bu gün Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyevin və Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Milli Məclisdə "Srebrenitsa Anaları" Hərəkatının rəhbəri və üzvləri ilə görüş keçirilib.

 

Modern.az-ın məlumatına görə, tədbirdə "Srebrenitsa anaları" Hərəkatı ilə yanaşı, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Flora Qasımova, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev və jurnalistlər iştirak edib.

 

Görüş zamanı çıxış edən Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, ötən il Bosniyada təqdimatı keçirilən Xocalı soyqırımına həsr edilmiş "Böyüməyən uşaqlar" kitabı "Srebranitsa anaları"nın diqqətini çəkib:

Elşad Eyvazlı "Srebranitsa anaları"nın ötən gün valideynini itirən "25-lər"lə görüşdüyünü bildirib.

“Analar ahıl yaşlarında yorulmadan Azərbaycana gəlib, bizə dəstək oldular. Əminəm, onların Xocalı soyqırımı ilə bağlı çıxışları soyqırımın dünyaya tanıdılmasına dəstək olacaq”.

 

Daha sonra isə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev qonaqlara Dağlıq Qarabağ münaqişəsi və “Xocalı” soyqırımı barədə ətraflı məlumat verib.

Deputat bildirib ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır.

“1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib, xeyli insan əsir götürülüb və işgəncələrə məruz qalıb”.

 

Söhbət zamanı Milli Məclisin deputatları Flora Qasımova və Bəxtiyar Əliyev “Xocalı” həqiqətləri barədə danışıblar. Deputatlar bildiriblər ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyada “Xocalı” soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir. 

 

"Srebrenitsa Anaları" Hərəkatının rəhbəri Munira Subaşiç qeyd edib ki, 1995-ci ildə biz də soyqırıma məruz qalmışıq.

“Ona görə də sizi yaxşı başa düşür və dərdinizə şərik oluruq. Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımın günahkarları cəzalandırılıb və dünya bu soyqırımı tanıyır. Avropa Birliyi 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis etmişdir. Həmin ərazidə böyük memorial kompleks inşa edilib”.

 

Qonaqlar “Xocalı” soyqırımının da bütün dünya tərəfindən tanınacağına inamlarını ifadə ediblər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25