Arxiv
23 Fervral 2019, 21:11 | QARABAĞ
Avropa azərbaycanlıları Qarabağ həqiqətləri ilə bağlı planlarını açıqladı

Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamenti yaxınlığında keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqinin iştirakçıları növbəti mərhələdə yaşıl qitədə Azərbaycanın məruz qaldığı işğal faktı ilə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği üçün yeni fəaliyyət istiqamətlərinə start verəcəklərini bildiriblər.

Modern.az "Report"a istinadən xəbər verir ki, Avropada Azərbaycan diasporunun fəallarından Amil Səlimov bildirib ki, Xocalı soyqırımı istər şərqi, istərsə də qərbi Avropada yerli ictimaiyyətə zəruri formada tanıdılacaq faktdır: “Biz azərbaycanlıların başına erməni silahlıları tərəfindən gətirilən işğal və soy qırımı faktı Avropada yerli əhalinin öz problemləri fonunda təbliğ olunmalıdır ki, hadisənin mahiyyətini həqiqi mənada anlasınlar. Biz də buna üstünlük verəcəyik”.

 

Almaniyada diaspor fəalı Fuad Tağıyev isə bildirib ki, bugünkü mitinq ümumavropa azərbaycanlılarına yeni stimul verib və bundan sonra istər Bundestaq, istərsə alman yerli özünü idarəetmə orqanları səviyyəsində Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə birgə görüşlərə başlanılacaq: “Bu görüşlərdə azərbaycanlıların məruz qaldıqları soy qırımının, işğal faktının, ümumiyyətlə Ermənistan silahlıları tərəfindən azərbaycanlıların hüquqlarının vəhşicəsinə pozulmasının rəsmi tanıdılmasına çalışılacaq. Əsrlər boyu Avropada da bu kimi tendensiyalar olub və sonda hüquqi qiymətini alıb. Azərbaycanlılar ilə bağlı bu kimi faktlar da hüquqi qiymətini almalıdır”.

 

Baltikyanı ölkələrdən diaspor fəalı, Latviyada parlament və bələdiyyə orqanlarına namizəd olmuş Asif İbrahimov isə bildirib ki, yerli siyasi partiyaların nizamnamələrində, insan haqları ilə bağlı məsələlərdə azərbaycanlıların yaxın tarixdə Ermənistan tərəfindən məruz qaldığı təcavüz fakt kimi ortaya qoyulacaq: “Bunun üçün yerli ictimaiyyətin öz prinsiplərindən yararlanmağa çalışacağıq. Bununla bağlı xüsusi planlarımız var və yaxın zamanda açıqlayacağıq”.

 

Berlində “Birlik İnteqrasiya və və Biznes İnkişaf Mərkəzi”nin sədri Emin Salayev isə bildirib ki, onlar bu həqiqətlərin yerli ictimaiyyətdə tanıdılması üçün alman mətbuatı, alman insitutları ilə yeni birgə layihələrə üstünlük verəcəklər: “Bugünkü mitinq bunun üçün bizə yeni arqumentlər verdi. Bu, Avropa azərbaycanlılarının birgə fəaliyyəti üçün rəvac oldu. Bunu yerli mətbuat və orqanlar da izləyir. Düşünrəm ki, bizim yerli qurumlara edəcəyimiz təkliflərdə bu kimi hallar müsbət rol oynayacaq”.

 

Avropa azərbaycanlılarının digər fəallarından Ayxan Qasımov da həqiqətlərin tanıdılmasında avropalılar ilə birgə layihələrə üstünlük verilməsindən danışıb. O, Xocalı soyqırımının Avropada tanıdılmasının azərbaycanlılar üçün vacib şərt olduğunu deyib.

 

Avropa azərbaycanlılarından, iş adamı Zaur Ağakazımoğlu da Qarabağ həqiqətlərinin azərbaycanlılar üçün həssas nöqtə olduğunu deyərək, bunların yerli avropalılarla nəinki siyasi və ictimai sahələrdə, hətta iqtisadi əməkdaşlıqda da aşılanmsı üçün yeni planlarının olacağını deyib.

 

O, qeyd edib ki, bu gün Brüsseldə keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqində xeyli sayda azərbaycanlı iştirak edib, sonda Avropa Parlamentinə müraciət qəbul olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11