Modern.az

“Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!”

“Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!”

24 Fevral 2019, 12:13

Fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Bayram Səfərov Modern.az-a baş tutan aksiyanın siyasi baxımdan mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Bu mitinqi və onun təşəbbüskarlarını alqışlayıram. Amma bu davamlı xarakter almalıdır. Biz Qarabağ naminə birliyimizi bütün dünyaya göstərməliyik”.

B.Səfərov bu cür mitinqlərin rayonlarımızın işğal günlərində də davamlı keçirilməsini təklif edib:

“Qarabağı azad edənədək bu cür mitinqlər mütəmadi keçirilməlidir. Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?