Modern.az

Problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu   

Problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu    

Aktual

28 Fevral 2019, 10:34

Dünən Beynəlxalq Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Modern.az-ın məlumatına görə, bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.

Etibarlı mənbədən aldığımız məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələrin nəticəsi  Maliyyə Nazirliyinə və müvafiq qurumlara da göndərilib.

 
Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!