Arxiv
1 mart 2019, 08:56 | PARLAMENT
Növbəti əfv sərəncamının astanasında - Deputatlar: “Böyük gözləntilərimiz var”  

Bu il Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən humanist addımların davamı olaraq, növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Artıq komissiyanın bir neçə iclası da keçirilib. Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Ümumilikdə isə komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini Modern.az-a bölüşüblər.

 

Azərbaycan  Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı:


Azərbaycanda humanizm siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyətində daim diqqət mərkəzində saxlayıb. Məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirib. Bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən bu ənənə davam etdirilir. Ölkəmizdəki humanizm siyasətinin əsas məqsədlərindən birini cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür”.

 

M. İbrahimqızı deyib ki, komissiyaya müntəzəm olaraq müraciətlər daxil olur:

“Bu dövlət komissiyasının özünün xüsusi əsasnaməsi var. Əsasnaməyə uyğun olaraq, komissiya üzvləri öz işlərini qururlar. Bizə qeyd etdiyim kimi, məhkumun qohumları, ailə üzvləri tərəfindən müntəzəm şəkildə ərizələr daxil olur. Daha sonra məhkumluqla bağlı sənədləri toplayır və araşdırmalara başlayırıq. Məhkumun cəzaçəkmə müəssisəsində olduğu dövrdə özünü necə aparması, törətdiyi cinayət əməlindən peşmançılığı və digər bu kimi faktlar, hər bir müraciət əsasında tərəfimizdən toplanılır. Eyni zamanda əsasnamənin prinsiplərinə uyğun olaraq, məhkum ona verilən cəzanın müəyyən bir hissəsini çəkməlidir. Yüngül cəza ilə ağır cəza verilənə eyni cür yanaşılmır. Sonda verilən hökmün sürətini əldə edirik. Tam material hazırlandıqdan sonra, Prezident Administrasiyasında Əfv Məsələləri Komissiyasının işini tənzimləyən dövlət sektorunda, məhkumlarla bağlı müraciətlər bir daha təhlil olunur. Eyni zamanda, məhkumun özünün ərizəsi də tələb edilir. Əgər məhkum törətdiyi əməlin peşmançılığını keçirib əfv olunmasını istəmirsə, onun məsələsinə baxılmır. Hər bir insan kiməsə toxunan zaman belə, ondan üzr istəyir. Məsələyə bu aspektdən yanaşdıqda, cəza törədən məhkum peşmanlığını ifadə edən və əfv olunmağını bildirən ərizə də yazmalıdır”.

 

M.İbrahimqızı “əfv sərəncamına siyasi məhbuslar da düşə bilərmi” sualına belə cavab verib:

“Mən siyasi məhbus anlayışını qəbul edə bilmirəm. Əfv Məsələləri Komissiyası 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Əfv Komissiyası üçün, onun sədri üçün ancaq məhkum anlayışı var. Burada da söhbət azadlığa çıxmaq üçün öz günahını qəbul edən, etdiyindən peşman olan, azadlığına qovuşmaq istəyən sağlam adamlardan gedir. Möhtərəm prezidentimiz də hər zaman çalışır ki, insanlara humanist yanaşsın. Bildiyimiz kimi, ölkə prezidenti İlham Əliyevin hakimiyyəti dövründə əfvlə bağlı çox böyük addımlar atılıb, hər dəfə yüzlərlə məhkum bağışlanılıb, əfv edilib, azadlığına, ailəsinə qovuşub. Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xətini humanizm siyasəti və sosialyönümlülük təşkil edir. Hesab edirəm ki, bu dəfə də bu prinsiplər əsas götürüləcək”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, əfv sərəncamları ilə məhbus həyatı yaşamış vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır:

“Bu, cəmiyyət daxili münasibətlər baxımından çox əhəmiyyətlidir. Ölkə başçısı İlham Əliyev tərəfindən dəfələrlə əfv sərəncamlarının imzalanması böyük humanizm nümunəsidir. Demək olar ki, cənab prezident hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, minlərlə ailəyə sevinc bəxş edir. Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Digər tərəfdən, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır. Bütövlükdə, Azərbaycan cəmiyyəti növbəti əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirir. Ancaq bu sərəncamın imzalanması birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Ümid edirik ki, cənab prezident hər zaman olduğu kimi, bu dəfə də humanist addım ataraq növbəti əfv sərəncamı imzalayacaq”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də ölkə başçısının əfv sərəncamı imzalayacağını gözləyir:

“Hesab edirəm ki, bu əfv sərəncamı geniş baxış tələb edən olacaq. Mən cənab prezidentə REAL Hərəkatının sədri İlqar Məmmədov buraxıldıqdan sonra “İsmayıllı hadısələri”ndə tutulmuş şəxslərlə bağlı müraciət etmişəm. Onların da islah olunacağını gözləyirəm. Hesab edirəm ki, həmin şəxslər dövlətimiz üçün daha faydalı işlər görə bilərlər”.

 

T.Kərimli güman edir ki, müxalifət tərəfindən bir sıra siyasi rəng verilmiş insanlar da əfv olunacaq:

“Hər dəfə olduğu kimi bunu gözləyirik. Bilirik ki, hər dəfə cənab prezident tərəfindən belə bir humanist addımların atılması xalqımız və beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır. Bildiyim qədəriylə, komissiyanın işləri yekunlaşmaq üzrədir.  Hazırda çox ciddi iş gedir. Hər halda bu məsələ ətrafında böyük gözləntilərimiz var”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41 Füzulidə heyvanlar peyvəndləndi 23 May 2019, 15:40