Modern.az

Ombudsman o həkimlərin cəzalandırılmağını İSTƏYİR  

Ombudsman o həkimlərin cəzalandırılmağını İSTƏYİR   

Aktual

1 Mart 2019, 11:55

Ombudsman Elmira Süleymanova Azərbaycanda doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısının alınmasını və bunu edən həkimlərin cəzalandırılmasını istəyir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsində qeyd edilib.

 

Sənəddə göstərilib ki, doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısının almaq məqsədilə buna yol verən həkimlərlə bağlı hüquqi məsuliyyət müəyyən edilməli və əhali arasında problemlə bağlı maarifləndirilməi işləri gücləndirilməlidir.

 

Ombudsmanın  2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub