Arxiv
4 mart 2019, 11:51 | PARLAMENT
“Vətəndaşlar bir daha gördülər ki, Prezident onların yanındadır” - Deputat   

“Vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Bu baxımdan ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ardıcıl olaraq davam etdirilməsi inkişaf proseslərini daha da gücləndirir. Cənab Prezidentin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin uzvü Nəriman Əliyev deyib.


Deputat bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməyə başlayıb və bunun əsasında sosial sahədə mühüm tədbirlər həyata keçirilir:


“2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarla ölkəmizdə insanların sosial həyatının yaxşılaşdırılması istiqamətində çox ciddi işlər görülür. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu il Azərbaycan tarixində əhəmiyyətli il olacaq, həmçinin bir sıra sahələrdə irəliləyişlərin əldə edilməsi baxımından da önəmli il olacaq. İqtisadi sahədə islahatlar aparılır və davam edəcək. Bu ilin əvvəlindən vacib sərəncamlar verilib və insanların sosial həyatının yaxşılaşması əsas hədəf seçilib.

Azərbaycan dövlətinin həyata keçirdiyi işlərin mərkəzində insanların rifah halının yaxşılaşması dayanır. Sosial proqramların genişlənməsi iqtisadi islahatların öz bəhrəsini verdiyini göstərir. Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımlara şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sahədə həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq”.

 

Nəriman Əliyev qeyd edib ki, respublikada inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir.


“Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Azərbaycan dövlətinin yürütdüyü dərin məzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısının çıxışı bir daha təsdiqlədi ki, əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezident həmin müşavirədə problemli kreditlərlə bağlı məsələnin də həll olunacağını bildirmişdi. Və ardınca  ölkə başçısı tərəfindən Fərman imzalandı.
Fərmana əsasən, banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə görə, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək. Bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə, ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb. Azərbaycanda isə bu baxımdan vəziyyət tamamilə fərqlidir. Belə ki, ölkə Prezidentinin məlum Fərmanı ilə devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Eyni zamanda, dövlət başçısının bu addımı ilə problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyuldu və məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu”.


Deputat deyib ki, Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşların dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi:


“Bu, dövlətin təkcə problemli kreditlərin həlli məsələsinə verdiyi töhfə deyil. Eyni zamanda, ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir Fərmandır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan bu addımı banklarla vətəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha gördülər ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var. Hesab edirəm ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi addımlardır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42