Modern.az

Ermənistanda “hayastanlı-qarabağlı münaqişəsi” – Paşinyan qələbəni bayram edir

Ermənistanda “hayastanlı-qarabağlı münaqişəsi” – Paşinyan qələbəni bayram edir

5 Mart 2019, 13:17

Ermənistanda “Qarabağ klanı” öz hakimiyyətini itirməkdə davam edir.

 

Modern.az xəbər verir ki, Nikol Paşinyan hökumətinin bu klanın rəhbər şəxslərini bütün vacib dövlət postlarından çıxartması Qarabağ ermənilərinin təsir gücünün azalmasına yol açıb.

 

Son vaxtlar gündəmdə “Hayastantsi-Karabaxçi” (Ermənistanlı qarabağlı münaqişəsi) münaqişəsinin yaranması özünü efirdə də biruzə verir. Belə ki, məşhur erməni müğənnisi və bardı Rubern Axverdyan journalist Hamlet Quşçyana müsahibəsində Qarabağ ermənilərini azərbaycanlı adlandırıb. Bu açıqlama gündəmdə partlayış effekti yaradıb.

 

“Qarabağ erməniləri sonunda azərbaycanlılardır, azərbaycanlı mühitində böyüyüblər. Bu təsirin azalması üçün azı 50 il lazımdır. Rədd olun burdan öz mədəniyyətinizlə, namazınızla, muğamınızla. Bu mədəniyyət gəlib və Yerevanda da möhkəm kök salıb”- deyə musiqiçi deyib.

 

Həmin açıqlama istər “Çiçəklənən Ermənistan” partiyasının fraksiya rəhəbri Nairi Zoqrabyan, istər Qarabağ separatçşılarının rəsmi nümayəndəsi David Babayan, istərsə də siyasi dairələrdən açıqlamalar verilib.

Mövzunun müzakirəyə çıxarılması Qarabağ ermənilərinin Ermənistanın ictimai-siyasi həyatından yoxa çıxarılmasına yönəldilmiş addım saymaq olar.

 

“Qarabağ klanı”nın təmsilçiləri  - Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Karen Karapetyan, Movses Akopyan, və s. hakimiyyətdən kənarlaşdırılması, Koçaryan qarşı isə həm də cinayət işinin açılması Nikol Paşinyan hökumətinin “hayastantsi” klanını üzvləri olduğunu və yaxın illərdə hakimiyyəti əldən verməyə çalışmayacağlarını sübut edir.

 

İstənilən halda, Ermənistanda klanlararası münaqişə və didişmələr davam edəcək. Bu düşmən ölkəyə Qarabağ münaqişəsi, ölkənin iqtisadi inkişafı və siyasi orientri ilə bağlı vahid platformada birləşməyə mane olacaq, ağır durumda ölkənin gələcəyini daha da dumanlı edəcək.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir