Modern.az

Hökumət deputatların təkliflərini bəyəndi – Çap məhsulları ƏDV-dən azad oluna bilər

Hökumət deputatların təkliflərini bəyəndi – Çap məhsulları ƏDV-dən azad oluna bilər

Aktual

5 Mart 2019, 15:57

Azərbaycanda qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisindən (ƏDV) azad oluna bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

 

Sənədə görə, Milli Məclisin deputatları tərəfindən təklif edilib ki, ölkəyə gətirilən qəzet, kağız və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın.

 

Nazirlər Kabinetinin həmin təklifə cavabında isə göstərilib ki, Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən siyahısı Azərbaycan respublikasının Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Həmin siyahıya qəzet kağızı və hazır çap məhsulları daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

 

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür