Modern.az

Azərbaycan Fələstinə 200 min dollar yardım edib

Azərbaycan Fələstinə 200 min dollar yardım edib

5 Mart 2019, 16:50

Azərbaycan 2018-ci ildə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə və İndoneziyaya humanitar yardım edib.

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, 2018-ci ildə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Azərbaycan 2018-ci il avqustun 5-də İndoneziyada baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə ölkəyə 50 min dollar məbləğində humanitar yardım edib.

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir