Arxiv
6 mart 2019, 11:18 | ƏDƏBİYYAT
Azərbaycanda hansı kitablar çox oxunur? – Jurnalist oxucuları qeyri-səmimilikdə SUÇLADI  

Son illər ölkədə kitab oxuyanların sayı artır. Təxminən 10 il əvvəllki dövrlə müqayisə etsək, artıq nəqliyyatda, parkda əlində kitab oxuyan gənclərə az da olsa, rast gəlmək mümkündür.

 

İçərisində oxu zalları olan kitab satış mərkəzlərinin açılmasını da bu istiqamətdə atılmış vacib addımlardan hesab etmək olar. Amma gənclərin kitab oxuması nə qədər vacib olsa da, hansı kitabı oxuması ondan da əhəmiyyətli məsələdir. Yəni, düzgün seçilməyən kitabı oxumaq heç oxumamaqdan daha təhlükəli ola bilər. Bəs əksər müasir gənclərin mütaliəyə o qədər də maraq göstərməməsi nə ilə əlqədardır?  

 

Hazırda daha çox hansı kitablara üstünlük verilir? Əslində hansı kitabları oxumaq lazımdır? Bu və digər suallarla bağlı həm gənc tələbəbələrə, həm də ziyalılara müraciət etdik.

 

Mədəniyyət və İncəsənət Universiteti tələbəsi Fuad Əliyev Modern.az-a daha çox klassikləri oxuduqlarını bildirdi. O deyir ki, istər Azərbaycan, istərsə də dünya ədəbiyyatında klassikləri daha çox sevir və onlara üstünlük verirlər: “Çünki klassikanın keyfiyyəti, dadı, dolğunluğu bir başqa olur. Azərbaycan ədəbiyyatının zənginliklərini tam olaraq duymaq üçün gərək əvvəldən başlayasan. Məsələn, elə folklorundan. Daha sonra Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Sabir, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli və digərlərini oxumaq olar. Bu ədiblər istər ədəbiyyatımızda tutduqları mövqe, istərsə də qələm qüdrətinə görə sayılıb-seçiləcək şəxsiyyətlərdir”.

 

Tarix fakültəsinin tələbəsi Əli Babazadə isə müasir yazıçıların yeni mövzulara müraciət etməli olduqlarını düşünür: “ Bədii ədəbiyyat insanı kamilləşdirir və əqli yetkinlik, kamillik zirvəsinə çatdırır. Mən daha çox klassik Azərbaycan və dünya ədəbiyyatını oxuyuram. O cümlədən müasir ədibləri də bəyənirəm. Xarici yazıçılardan danışarkən əvvəlcə Şekspir, Puşkin, Mark Tven, Viktor Hüqo, Dostoyevski və digər klassiklərin adlarını çəkmək lazımdır. Ədəbiyyat oxumağa başlayan hər kəs əvvəlcə bunlardan başlamalıdır”.

Həmsöhbətimiz deyir ki, son vaxtlar müasir yazıçıların çoxu oxucu qıtlığından şikayətlənir. Bu isə bir çox hallarda yazıçının oxucunun ürəyinə yol tapa bilməməsi ilə bağlıdır. Ə. Babazadə hesab edir ki, yazıçılar yeni mövzular üzərində düşünməli, daha maraqlı yazmalıdılar ki, ətraflarına böyük oxucu kütləsi toplaya bilsinlər: “Əksər hallarda müasir yazıçılar eyni mövzuları təkrar işləyirlər. Oxucu isə daim yenilik axtarışındadır. Hesab edirəm ki, yazıçılarımız daha çox insanları maraqlandıran mövzularda əsərlər yazsalar, daha uğurlu olar”.

 

BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Elfaq Rzayev də mütaliə etməyi sevənlər sırasındadır: O deyir ki, əsərlərə maraq yaş dövrünə görə fərqlənə bilər: “Məsələn, mən orta məktəb yaşlarımda Jül Vern, Daniel Defo, Ceyms Fenimor Kuper, Çingiz Aytmatov kimi ədiblərin əsərlərini oxumuşam. Bu əsərlər insana böyük həyat təcrübəsi qazandıra bilir. Bir az yetkin nəslə isə Viktor Hüqo, Lev Tolstoy, Fyodor Dostoyevski, Aleksandr Soljenetsin kimi ədibləri oxumağı məsləhət bilirəm. Çünki bu yazıçıların əsərləri başdan-ayağa hikmətlə, bir həyat fəlsəfəsi ilə müşayiət olunub. Lakin müasir ədəbiyyata istinad etməsək olmaz, yeni nəsil ədəbiyyatında isə Paulo Koelyo şübhəsiz ki , ən görkəmli simalardan biridir. Həmçinin, Xalid Hüseyninin "Çərpələng uçuran " əsərini də qeyd edə bilərik”.

 

Yazıçı, jurnalist Safura Çərkəzqızı klassiklərin çox oxunmasının səbəbi ilə bağlı sualımıza cavab olaraq deyir ki, Azərbaycan adamı sorğular zamanı çox vaxt obyektiv və ya səmimi ola bilmir. Bu hal, əsasən, məlumatsızlıqdan qaynaqlanır: ““Ən çox hansı kitabları oxuyursunuz?” sualından asan yaxa qurtarmağın yolu elə “klassik ədəbiyyatı oxuyuram” deməkdir.

Çünki insanların çoxu müasir ədəbiyyatdan xəbərsizdir. Az-çox dərsliklərdən oxuduqları əsərlərin adını çəkməklə özlərini xilas etmiş olurlar. Əgər müasir yazarın kitabının tirajı Azərbaycan Yazıçılar Birliyinin üzvülərinin sayından az olduğu halda kimi qınayasan? Bundan başqa, müasir ədəbi prosseslərdə bir yarımçıqlıq da var. Həmsöhbətimiz deyir ki, təzadlı olsa da, sürət əsri olmasına baxmayaraq, indi yetkin bir ədəbi nəslin formalaşması çox uzun vaxt aparır”.

O, müasir ədəbi nümunələrimizin qıtlığının səbəblərinə də toxunaraq bildirir ki, burada səbəblər çoxdur. Birincisi, ədəbi prosses stimullaşdırılmır, adi dillə desək, yazarın pulu yoxdur. O, yazdığından heç nə qazanmır, heç kim onu tanımır, o ruhunu dolanışığa satır. “İndi durub hamı şou çıxarmalı deyil ki, onu tanısınlar. Bu qədər televiziyada müasir ədəbiyyatı təbliğ edən sanballı bir verilişimiz yoxdur. İkincisi, sosial vəziyyət oxucunu da perik salıb. Kitaba yaxın düşən nə qədər adamımız var, metroda, avtobusda nə qədər əlikitablı görürsünüz? Müasir yazarın özünün də ədəbi problemləri az deyil. Plagiatlıq, imitatsiya, ideya azlığı, çağdaş damarı tuta bilməmək, azadlıq anlamının tərs qavrayışı və s. Amma sizə deyim ki, müasir ədəbi nümunələrimizinin içərisində ölkə sərhədlərini aşa biləcək əsərlər də çoxdur. Oxumaq lazımdır, sadəcə”.

 

Yazar Şərif Ağayar isə müasir müəlliflərin az oxunmasını ilə bağlı vəziyyəti kitab industriyasının formalaşmaması ilə əlaqələndirir. Onun sözlərinə görə, müasir müəlliflərin oxunması üçün kitab industriyası formlaşmalıdır. Azərbaycanda bu sistem olmadığı üçün ciddi müəlliflərin bazara çıxması çətindir: “Kitab industriyası deyərkən, kitabın yazıçıya sifariş edilməsi, nəşri, reklamının və imza günlərinin təşkili, satışın həyata keçirilməsi, yazıçıya müvafiq qonorarın ödənilməsi və sair kimi ən vacib amillərin sistem halında bir-biri izləməsini nəzərdə tuturam. Təsəvvür edin, ölkədə 70 rayon var, 70 kitab mağazası yoxdur. Müasir tələblərlə fəaliyyət göstərən 7 nəşriyyat yoxdur”.

Ş. Ağayar deyir ki, belə olan halda yeni müəlliflərin ortaya çıxması və ya özünü tam realizə edə bilməsi çətindir. Amma klassika fərqlidir: “Klassik yazıçılar artıq tanınırlar, hansı səviyyədə olduqları bilinir və daimi oxucuları var. Əslində isə bəlli periodlarda müasir yazıçı və şairlər klassiklərdən çox oxunmalıdır. Kitab industriyası həm də sağlam ədəbi mühit deməkdir və yazıçı bu cür mühitdə yetişir, daha yaxşı, sanballı, geniş oxucu kütləsini əhatə edən və dünyaya çıxan əsərlər yazır”.

 

Nicat Dilqəmli

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11