Arxiv
15 mart 2019, 19:16 | AKTUAL
Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Türkiyədən musiqi alətləri hədiyyə olunub

Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

 

Modern.az-ın xəbərinə görə, mərasimdə çıxış edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verib: “Hazırda muzeydə 60 min eksponat qorunur. Türkiyə ilə yanaşı, bir neçə ölkədən də muzeyə hədiyyə olunmuş eksponatlar yer alır. Türkiyə Cümhuriyyəti Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat musiqi alətləri ustası Feridun Obul tərəfindən hazırlanan cura, tütək, Qara dəniz kamançası, Qabaq kamanı kırbız, qoşanağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (iki ədəd) – ümumilikdə 12 türk musiqi alətini muzeyə hədiyyə edib”. 

 

Bu musiqi alətlərinin muzeyin ekspozisiyasını daha da zənginləşdirdiyini deyən A.Bayramova dəyərli hədiyyələrə görə öz minnətdarlığını ifadə etdi.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində xüsusi yer tutan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqisi haqqında əyani təsəvvür yaratdığını bildirib.

 

Bu gün Azərbaycan mədəniyyətinin inkişaf dövrünü yaşadığını qeyd edən nazir martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün ictimaiyyət tərəfindən olduqca maraqla qarşılandığını deyib: “Həmin görüşdə Azərbaycanda musiqi alətləri kolleksiyasının yaradılması təklifi irəli sürüldü. Bugünkü tədbir də bu baxımdan çox əhəmiyyətlidir”.

 

Azərbaycan musiqisinin zənginliyindən danışan nazir vurğulayıb ki, muğam, tar, kamança və aşıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alaraq bəşəri status qazanıb.

 

Əbülfəs Qarayev iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib: “Türkiyə və Azərbaycan qardaş ölkələr olaraq mədəniyyət sahəsində də uğurla əməkdaşlıq edirlər. Qarşılıqlı mədəni tədbirlər, təqdimatlar keçirilir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda Ankara və İstanbul şəhərlərində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd etdik. Bir neçə gün öncə Türkiyənin ölkəmizdəki səfirliyində Novruz bayramına həsr olunmuş gözəl bir tədbir keçirildi. Bütün bunlar mədəniyyət sahəsində münasibətlərimiz haqqında aydın təsəvvür yaradır”.

 

Nazir sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş musiqi alətlərinə görə qardaş ölkənin səfirliyinə, Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumuna öz minnətdarlığını bildirib.

 

Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki ölkəni qardaşlıq əlaqələri ilə yanaşı, güclü mədəniyyət bağlılıqlarının da olduğunu deyib. Qeyd edib ki, bu kontekstdə musiqi sahəsinin məxsusi yeri var. Hər iki ölkənin zəngin musiqi ənənələrinin olduğunu qeyd edən səfir bu sahədə əlaqələrin daha da inkişafının diqqətdə saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkiyə Cümhuriyyətinin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selcuk Akat çıxış edərək, tədbirin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, bu cür təqdimatların keçirilməsi mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına xidmət edir.

 

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36 Manat və dolların sabahkı məzənnəsi 20 May 2019, 17:21 Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi 20 May 2019, 17:20 Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı 20 May 2019, 17:18