Arxiv
18 mart 2019, 12:50 | MÜSAHİBƏ
Deputat: “Oliqarxların mövqeyinin zəiflədilməsi işi davam edəcək” - MÜSAHİBƏ  

Əli Məsimli: “Bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır” 

“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiaylar İnstitutunun rəhbəri Əli Məsimli ölkənin iqtisadi və sosial həyatındakı gündəm məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:

 

- Əli müəllim, ölkə rəhbərinin son islahatlarını necə qiymətləndirirsiz?

- Azərbaycan öz inkişafının yeni mərhələsinə - post-neft dövrünə daxil olub. Bu həm də bizim dünyada gedən proses və meyllər kontekstində çox mürəkkəb və məsuliyyətli bir dönəmə qədəm qoyduğumuz dövrə düşür.  İslahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirmək, neft gəlirlərinin dominant rol oynadığı iqtisadiyyatdan insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf relsləri üzərinə keçirmək, dövlətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün kompleks şəkildə və davamlı olmalıdır. Ona görə də bu mərhələnin çağırışları həm də obyektiv surətdə müstəqilliyimizə real məzmun verilməsinin gücləndirmək baxımından hər kəsin öz üzərinə düşən məsuliyyəti dərk etməsini və real islahatları dəstəkləməsini zəruri edir. Reallıq hislərini itirməyən hər kəs artıq bunun fərqindədər. 

Prezident seçkilərindən sonra ölkədə islahatlar istiqamətində atılan addımlar genişləndirildi və bu ilin ilk aylarında daha da sürətlənib. İqtisadiyytın real və maliyyə sektoru üzrə aparlan islahatları bu il sosial sektorla bağlı islahatlarla tamamlanır. Bu çox zəruri və faydalıdır. Çünki, xüsusən də 2015-ci ilin iki şok devalvasiyasından sonra Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə xeyli geri qalır. Bu geriliyi aradan qaldırmaqdan ötrü irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir. Bu, həm 2015-ci ilin iki şok devalvasiyası nəticəsində əhalinin məruz qaldığı itkilərin kompensasiya edilməsi, həm də daha geniş dairənin islahatları dəstəkləməsi üçün çox vacib şərtdir. Ona görə də hər şeydən əvvəl, real vəziyyətin tələbindən çıxış edərək xüsusi vurğulamaq istəyirik ki, islahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirmək, hökumətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün yetərli qədər davamlı və dərin olmalı, insanlar isə ölkədə sabitliyin təmin edilməsinə öz töhfəsini artırmalıdır ki, islahatların iqtisadi nəticələrə və deməli əhalinin güzaranına müsbət təsiri artmış olsun. Düzgün təşkil olunmuş və dolğun həyata keçirilən islahatlar iqtisadi nüfüz, tərəqqi və rifah mənbəyidir. Müasir dövrdə islahatlar yolu ilə iqtisadi artımın generatoruna çevrilən insan kapitalının keyfiyyəti və inkişafı üzrə zəif mövqedən güclü mövqeyə keçid təmin edilməlidir. Azərbaycanın potensial imkanları belə bir fikir söyləməyə əsas verir ki, başlanan islahatlara davamlı xarakter verilsə, imitasiyalara yer olmasa, bəzi məmurların və qanundan yuxarıda duranların bu islahatlardan sui-istifadə etmək səylərinin qarşısı alınsa, iqtisadiyyatın davamlı inkişafinı, rəqabət qabiliyyətliliyini və əhalinin rifahının artırılmasını təmin edə bilərik. Bundan ötrü görülməsi vacib olan işlərin miqyasları görülən işlərdən xeyli böyük olduğundan qarşıda hələ xeyli iş var.

- Görüləcək işlərin miqyasının çox olduğunu qeyd edirsiniz. Maraqlıdır,  “Fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı əlavə tədbirlər haqqında” Fərman bu sahədəki problemi kökündən həll edəcəkmi?

- Problemlli kreditlər əhalinin güzəranını pisləşdirən ciddi amillərdən biri olduğundan, bu fərmanın reallaşdırılması yüz minlərlə ailənin büdcəsinə müsbət təsir edəcək. Bu fərman say baxımından, banka borcu olan şəxslərin 90 faizindən çoxunu sarsıdıcı bir maliyyə sıxıntısından azad edir. Banka borcu olanlardan əlavə, kredit alanlara zəmanət verən 1 milyona yaxın adam da borc tələsinə düşərək əziyyət çəkir. Onların da xeyli hissəsi bu fərmana aid vətəndaşlara zamin duran insanlardır. Bu baxımdan dövlət 2015-ci ilin iki şok devalvasiyası nəticəsində yaranan məzənnə fərqini öz üzərinə götürməklə, 850 mindən artıq insanı banka olan əlavə borc yükündən azad edir, borca görə yaranan dəbbə pulları-peniya və cərimələr silinir. Əsas borcun qaytarılması işini isə ildə 26-28 və daha yüksək faizlə götürülən kreditlərin yeni müqavilə əsasında ildə 1 faizli kredit hesabına ödənilməsini təmin etməklə vətəndaşların işini asanlaşdırır və beləliklə borclunu gələcək risklərdən də qoruyur. Ona görə də çoxdan gözlənilən bu qərar həm əhalinin böyük bir kəsimi, həm banklar, həm də dövlət üçün faydalıdır.

Bununla belə təbii ki, bu Fərman sözügedən sahədəki problemlərin hamısını həll eləmir. Prezidentin problemli kreditlərlə bağlı Fərmanı banka 10 min dollardan və 17 min manatdan artıq borcu olanlara şamil edilmədiyindən, həmin məbləğdən yuxarı kreditlərlə bağlı problem qalır.

 

- Məbləği 10 min dollardan yuxarı olan kreditlərə baxılmasına ehtiyac varmı? Vətəndaşların bununla da gözləntiləri var…

- İslahatlar davam edir. Fərmanda göstəriləndən artıq kreditlərə, xüsusən də devalvasiya nəticəsində ağır duruma düşən kiçik və orta sahibkarlara da kömək etmək məqsədəuyğun olardı. Hüquqi şəxslərin, biznes strukturlarının problemli kreditlərinin həlli zamanı fərqli yanaşma tələb olunacaq. Amma Konstitisiya Məhkəməsinin xarici valyutda olan kreditlərlə bağlı çıxardığı qərar risklərin bölüşdürülməsinə əsaslanan optimal qərarlar verməyə mane ola bilər. Ona görə də bu fakt da sözügedən məsələyə yenidən baxılmasını zəruri edir. Bununla bağlı digər vacib məqam da var: sözügedən fərman 10 min dollar və 17 min manata qədər olan borclarla bağlı məsələni həll etsə də, daha iri digər borclar yenə də sahibkarların və vətəndaşların üzərində qalmaqda davam edir. Ona görə də ümumiyyətlə, problemli kreditlər məsələsinin köklü həllinin mükəmməl bir normativ-hüquqi bazasının yaradılmasına ehtiyac var. Bu baxımdan “Problemli kreditlərlərin restrukturizasiyası” haqında qanunun hazırlanıb qəbul edilməsinin vacib hesab edirik. 

Bundan əlavə, Mülki Məcəllədə və digər qanunlarda kreditlərlə bağlı hissələr Azərbaycan Konstitusiyasının milli valyuta ilə bağlı mövqeyini birmənalı ifadə edən vəziyyətə gətirilməkdən ötrü yenidən işlənib anlaşılan hala salınmalıdır ki, bundan sonra heç vaxt Konstitusiya Məhkəməsinin 2015-ci ilin mayında və 2018-ci ilin sentyabrında bankların xeyrinə çıxardığı və bu fərmandan sonra da qüvvədə olan şərh və qərarlarına yer qalmasın. İstehlak kreditləri barədə də qanunun qəbul edilməsi zəruridir. Sualınıza ümumiyyətlə yanaşdıqda, Azərbaycanda problemli kreditlər məsələsinin etibarlı şəkildə həll etməkdən ötrü hər şeydən əsaslı islahatlara gedib bir sıra banklar üçün xarakterik olan bank soyğunçuluğunu aradan qaldırmaq lazımdır. Problemli kreditlər məsələsinin həlli istiqamətində başlanan işlər banklarda xeyli ucuz kredit resurlarının yaranmasına şərait yaradacaq. Bundan məqsədyönlü şəkildə istifadə etməklə iqtisadiyyatın qan-damar sistemi olan bank sistemi, münasib xarici bankları da cəlb etməklə sağlamlaşdırılmalı, yenidən qurulmalı, bu sahədə raqabət yaranmalı və 26-28 faizlik soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən birrəqəmli faiz dərəcələri ilə fəaliyyət göstərən sivil bank sisteminə keçid sürətləndirilməlidir.

- Fərmandan irəli gələn məsələlərin həlli Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, MaliyyəNazirliyinə həvalə edilib. Sizcə bu qurumlar prosesin vaxtında icra olunması üçün lazımi işləri görə biləcəkmi?

- Bu fərman problemli kreditlər məsələsinin ədalətli həllinə hüquqi yol açdı. İndi müvafiq hüquqi-normativ aktlar və təşkilatı tədbirlər kompleksi vasitəsilə həmin fərmanın reallaşdırma mexanizminin hazırlanmasına başlanıb və daha sonra isə 3 ay ərzində onun layiqincə gerçəkləşdirilməsi məsələsi gəlir. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə 1 ay müddətində, yəni martın sonlarından gec olmayaraq, restrukturizasiya olunmalıdır. Yəni əsas kredit borclarının ödənilməsində fiziki şəxslərə güzəştli kreditlərin verilməsi məqsədi ilə kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən etməlidir. 

Eyni zamanda, martın sonlarına qədər məhkəmədə olan işlərin geri çağrılması tamamlanmalıdır.10 min dollara (17 min manata) qədər borcu olanların xarici ölkələrə çıxışını məhdudlaşdıran qadağaların da götürülməsi gözlənilir. Hər bir vətəndaşa veriləcək kompensasiyanın məbləği 45 gün müddətində, yəni aprelin ortalarınadək məlum olacaq. Vətəndaşlara kompensasiyalar isə 3 ay müddətinə, yəni bu ilin may ayının 28-dək ödənilməlidir. Artıq banklar kompensasiya ala biləcək vətəndaşların siyahısını hazırlayıb Maliyyə Bazarlarına Nəzarət Palatasına göndəriblər. Məsələ nə qədər mürəkkəb, irihəcmli, zaman nə qədər qısa olsa da hesab edirik ki, Prezidentin çox ciddi əhəmiyyət kəsb edən bu sosial təşəbbüsü aidiyyatı orqanlar tərəfindən fərmanda göstərilən müddətlərdə mütləq öz həllini tapmalıdır.


- 2015-ci il devalvasiyalarından sonra banklardakı vəziyyət kritik həddə çatdı. Ölkə başçısının son fərmanı bankların sağlamlaşdırılmasında hansı rolu oynayacaq?

- Çoxdan gözlənilən bu qərar həm əhalinin böyük bir kəsimi, həm banklar, həm də dövlət üçün faydalıdır. Bu fərmanın reallaşdırılması bütün bankların tam sağlaşdırılmasına gətirib çıxarmasa da, hər halda bankların likvidliyini artırmaqla onların durumuna müsbət təsir göstərəcəyi şəksizdir. Bu baxımdan fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı əlavə tədbirlər haqqında Fərmandan daha çox banklar udacaq. Banklar illik 0,1 faizlə,yəni əslində faizsiz güzəştli kredit əldə edəcəklər. Banklar onlara veriləcək 682 milyon manat kredit və 215 milyon dollarlıq qiymətli kağızlar, xüsusən də dövlət dəstəyi hesabına əhalidən borclarını geri almaqla maliyyə imkanlarını xeyli yaxşılaşdıracaqlar. Bu yöndə ən vacib məqamlardan biri də budur ki, fərmanın reallaşdırılmasına yönəldilən böyük maliyyə resursları və onun multiplikativ effekti hesabına həm də müəyyən dərəcədə ucuz kredit resurları yanacaq. Bu baxımdan banklar faiz dərəcələrinin aşağı salınmasına yönəlik, həm də bankların iqtisadiyyatın real sektoru ilə əlaqələrinin gücləndirilməsi istəqamətində səylərinin artırılmasını zəruri hesab edirik.

- Bu fərmandan sonra hansısa bankın bağlanacağını gözləmək olarmı?

- Problemli kreditlər daha çox iri banklarda cəmləşdiyindən, sözügedən fərmanın reallaşdırılması bankların bir hissəsinin durumuna elə də təsir etməyəcək. Ağır durumda olan banklara münasibət isə bu sahədə aparılacaq siyasətin mahiyyətindən asılı olacaq.
 

- Son 3 ay ərzində, minimum əməkhaqları, minimum pensiya, əlilliklə bağlı təqaüdlər və s. artırıldı. Bu artım növbəti aylarda inflasiya artımına səbəb ola bilərmi? Nəzərə alaq ki, bahalaşma hələ bu artımlara qədər start götürüb... 

- Mart ayından etibarən maaşların artmağa başlaması dövriyyəyə əlavə pulların daxil olmasına səbəb olacaq. Amma bunun psixoloji təsirindən, eləcə də monopoliyaların sui-istifadəsi ucbatından artan maaşlar vətəndaşların əlinə çatmamış, bəzi məhsulların qiymətləri artmağa başlayıb. Problemli kreditlərlə bağlı fərmanın reallaşdırılması 3 aydan sonra dövriyyəyə yenə də əlavə pulların daxil olmasına gətirib çıxaracaq. Həmin məbləğlər qısa zaman kəsiyində daxil olsa, inflyasiya təzyiqini real inflyasiya çevirə bilər. Bu əsasda həm də təbii qiymət artımı gedir və böyük ehtimalla davam edəcək.

- Xüsusilə hər dəfə bayramlar ərəfəsində süni qiymət artımı müşahidə edilir. Bu dəfəki Novruz bayramı da istisna deyil. Müvafiq qurumlar məsələni hansı şəkildə tənzimləyə bilər?

- Təbii ki, dövriyyəyə əlavə pul daxil olanda qiymətə də təsir edir. Dövriyyəyə daxil olacaq əlavə məbləğlər pərakəndə əmtəə dövriyyəsinin 4-5 faizi ətrafında bir rəqəm təşkil etdiyindən, gözlənilən inflyasiya təzyiqinin bir hissəsi təbii qiymət artımı ilə səciyyələnsə də, daha çox psixoloji amillə bağlı olacaq. Bu da  təbii qiymət artımından əlavə həmişə olduğu kimi süni qiymət artımı da yarada bilər. Ona görə də aidiyyatı qurumlar əllərində olan rıçaqlardan səmərəli istifadə etməklə süni qiymət artımının qarşısının alınması istiqamətində təsirli tədbirlər görməlidirlər. Noruz Bayramı münasibətilə təşkil olunan yarmarkalarda çeşid çox geniş, qiymətlər isə bazardan 20-30 faiz aşağıdır. Deməli monopoliya topdansatış qiymətlərini əlaltdan qaldırmasa, kənd təsrərüfatı məhsulları satanlar sıxma-boğmaya salınmasa, fermerdən əlavə heç nə tələb edilməsə, öz malını satmağa normal şərait yaradılsa, təkcə yarmarkalarda deyil, digər yerlərdə də qiymətlər 20-30 faiz aşağı düşə bilər.

- Bir neçə gün əvvəl ölkə başçısının mədəniyyət xadimlərilə görüşü böyük reznonansa səbəb oldu. Hamı Prezidentin ayrı-ayrı kateqoriyadan olan insanlarla görüşlərini müsbət qarşılayır. Amma burada diqqətçəkən bir nüans var. Bütün problemlər Prezidentin birbaşa göstərişi, nəzarətilə həll ediləcəkcə, hər şeylə birinci şəxs özü maraqlanacaqsa, ölkədəki struktur vahidləri, ayrı-ayrı məmurlar nəyə və kimə xidmət edir?

- Maraqlı sualdır... Prezidentin vaxtaşırı xalqın arasına çıxmasını və vətəndaşlarla görüşməsini müsbət qiymətləndiririk. Görüşlər zamanı dövlət başçısı ilə xalqın açıq dialoqu baxımından müxtəlif məsələlərin qaldırılması da təbii haldır və faydalı sayırıq. Amma vətəndaşlar öz konkret problemləri ilə bağlı ümid yeri kimi Prezidentə müraciət edib, ondan kömək istəyirlərsə, bu artıq o deməkdir ki, ümumiyyətlə mövcud idarəçilik sistemi “Asan Xidmət”dən kənar məsələlərdə vətəndaşların problemlərinin rahat həllinə imkan vermir. Digər tərəfdən, həmin problemlərin həllinə cavabdeh dövlət qurumları əhalinin problemlərinə həssas təkmil idarəçiliyin zəmanətçiləri kimi fəaliyyət göstərə bilmirlər. Zəif işləyən dövlət institutları ucbatından yığılıb qalan, həll olunmamış sosial problemlər və haqsızlıqlar əhalinin narazılığaına səbəb olur və vətəndaş ümid yerini yalnız Prezidentə bağlayır. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Yeni çağırışlar və bu mərhələnin reallıqları tələb edir ki, köhnə mərhələdə aksioma xarakteri daşıma statusu alan məsələrə belə yeni prizmadan baxılsın.

- Siz deputat, həmçinin bir vətəndaş olaraq Prezidentlə görüşsəydiniz, dilə gətirmək istədikləriniz nədən ibarət olardı?

- Bu məsələyə vətəndaş kimi yanaşanda, əvvəlcə onun bildirmək lazımdır ki, mən Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatında iştirak edən bir adam kimi, təbii surətdə, hər şeydən əvvəl ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimizin qorunub saxlanılması, ilbəil ona daha çox real məzmun verilməsi, güclü, demokratik Azərbyacan qurulması və müstəqilliyimzin əhalinin bütün təbəqələrinin rifahına xidmət etməsi məsələsini hər şeydən üstün tuturam. Dövlətin əsas vəzifəsini təbəqə yox, vətəndaş yetişdiririlməsində, hökumətin öz vətəndaşına xidmət etməsinə yönəldilməsində görürüəm. Fəaliyyətim də məhz bu formulanın gerçəkləşməsinə bacardığımı etməyə yönəlib. Əksəriyyətin fikri belə idi ki, illər keçdikcə, postsovet məkanına aid olan ölkələrin müstqilliyi birmənalı şəkildə möhkəmlənəcək. Amma xüsusən son illərdə müstəqilliyə təhdidlərin yenidən artmağa başlaması ilə bu sahədə ikili tendensiya özünü daha qabarıq göstərməyə başlayıb. Ona görə də bir vətəndaş kimi öz məsuliyytimi dərk edərək fəaliyyətimi Azərbaycanın müstəqilliyinə real məzmun verilmisinə əlimdən gələni etməkdə, müstəqilliyin gözdən salınmasına yönələn səylərə qarşı öz töhfəmi verməkdə və Prezidentin də buna yönəlik fəaliyətinə fikirdə, sözdə və işdə hər vaxt dəstək olacağımı bildirməkdə görürüəm. Siyası baxışından asılı olmayaraq, müstqillik və ərazi bütövlüyü məsələsində əksəriyyət fikirdə, sözdə və işdə bir mövqedən çıxış etsə, onda heç bir güc və ya güc mərkəzi müstəqilliyimizi təhdid etsə belə, indiki dərəcədə təhlükə yarada bilməz. Vaxtilə yüksək vəzifələrdə işləmiş br adam kimi dəqiq bilirəm ki, Prezident ölkə həyatının bütün sahələri və ağrılı problemlərlə həm analitik materiallar, həm də bir neçə mənbədən əldə etdiyi məlumatların təhlili əsasında istənilən aktual problemə münasibətdə ətraflı məlumatlıdır. 

Mən çıxışlarımda ağı-ağ,qaranı-qara deməklə müntəzəm surətdə müstqilliyimizə real məzmun verilməsinə daxildən daha çox təsir edən və əhalinin güzəranın yaxşılaşdırılmasına ən çox mane olan korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqları, məmur sahibkarlığının yaratdığı fəsadlar, ölkədə milli gəlirin bölgüsündə ədalətsizliyin aradan qaldırılması, dövlət maliyyəsinin xərclənməsindəki məlum problemlərin aradan qaldırılması, fəliyyətin kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə və nəticəlilik prinsipinə keçilməsi, Azərbaycanı keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli malların satış poliqonuna çevirənlər, süni qiymət artımı mexanizmi vasitəsilə əhalinin milyardlarını mənimsəyənlər, soyğunçu bank faiz dərəcələri  və s. bu kimi ağrılı məsəllərə qarşı fikirlərimi açıqca söyləyirəm. 

Həm də əhalinin güzəranın yaxşlaşmasına mane olan və daha çox narazılıq yaradan amillərin aradan qaldırılması, əhalinin bütün təbəqələrinin iqtisadi inkişafdan faydalanması əlçatan olması, dövlət qurumlarının zəif fəaliyyəti ucbatından yığılıb qalan, həll olunmamış sosial problemlərin həllini sürətləndirilməsinə dair təkliflərimi də müntəzəm irəli sürürəm. 

Qarşıda böyük İslahatlar Paketi durur. Bunu təsəvvür etməkdən ötrü təkcə onu xatırlatmaq kifayətdir ki, 2016-cı ilin dekabrında təsdiqlənmiş Strateji Yol Xəritələri üzrə 2020-ci ilə qədər 164 prioritet və 683 tədbir icra edilməlidir. Hamını narahat edən ağrılı və aktual məsələlər də həmin prioritet və tədbirlər kompleksində öz əksinin tapıb. Artıq onların reallaşdırılması prosesı başlayıb. Ona görə də bu məsələyə hansısa konkret problem baxımından yox, bütün aktual problemlərin həllinin sürətləndirilməsinin açarı rolunu oynayan və alternativi olmayan islahatlar kontekstindən yanaşmağa üstünlük verərdim. 

İslahatların dərinləşdirilməsi işində və davamlı olmasında uğurlar arzulayardım. Çünki yalnız islahatlar yolu ilə həqiqətin yanında olub, mövcud neqativləri aradan qaldırmaq və rəqabətqabiliyyətli olmaq olar. Dünyanın mahiyyət xarakteri elədir ki, yalnız güclü dövlət və firavan yaşayan güclü millətlə hesablaşırlar. Məhz indi baş verən dəyişikliklər dərinləşdikcə və davamlı xarakt aldıqca, həm dövləti, həm də cəmiyyəti möhkəmləndirə bilər. Həm də dünyanın gedişi göstərir ki, bundan sonra islahatları dərinləşdirmək yolu ilə əldə edəcəyimiz ən yüksək və ən faydalı nəticələr daha çox təhsilin, elmin, kreativliyin, innovasiyaların inkişaf səviyyəsindən asılı olacaq. Bunun yeganə yolu isə islahatları dərinləşdirib ona davamlı xarakter verməkdir. 

Bizim bu yöndəki baxışlarımız Milli Məclisdəki və mətbuatdakı çıxışlarımızdan birmənalı şəkildə aydınır: Güclü, demokratik dövlət quruculuğunun Azərbaycanın hər bir vətəndaşının rifahı ilə tamamlanmasına xidmət edən və həqiqətin yanında olub, xalqın iradə, istək, arzularından qaynaqlanan dərinləşdirilmiş, sistemli və davamlı islahatlara hər cür dəstək vermək. 

Məsələyə deputat kimi fəliyyətimlə bağlı yanaşanda, onu demək olar ki, əvvəllər Şəkidə Prezidentin iştirakı ilə keçirilən tədbirlərə şəhərin deputatları da qatılırdı. Belə görüşlərdən sonra Prezident Şəki ilə bağlı görülməsi nəzərdə tutulan işlərə maliyyə ayırırdı. Bundan əlavə, həmin görüşlərdə Prezident hər dəfə əlavə hansısa arzu, istəklərin də olub-olmamsını soruşurdu.Təbii ki, şəhərin 3 deputatı sırasından ağsaqqal deputat akademik Yaqub Mahnudov Şəki ilə bağlı irəli sürmək istıdiyimiz fikirləri Prezidentə çatdırırdı. Prezident də həmin məsələlərin həllinə yönəlik tapşırıqlar verirdi və məsələ çox operativ həll olunurdu. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının əsaslı təmiri, Şəki-Qax-Zaqatala avtomobil yolunun yeni müasir görkəmi və rahatlığı ilə seçilən Şəki-Qax hissəsindəki bir körpünün, qısa müddət ərzində irili-xırdalı ümumi üzunlüğu 2 kilometrə çatan düz 21 körpü ilə tamamlanaraq çox unikal bir körpü kompleksinin meydana gəlməsi və s. bu kimi məsələlər məhz Prezidentin vəziyyətlə tanış olandan sora əlavə olaraq sürətlə həll olunan məsələlər siyahısına aiddir. Regionlarda xeyli iş görülsə də, oradakı vəziyyət bir çox məqamlarına görə heç də bəzi məmurların qələmə vermək istədiyi kimi deyil, vəziyyət pisdi… 

Hesab edirik ki, yerlərdəki narazılıqları azaltmaqdan ötrü, digər şərtlərlə yanaşı, həm də hamının bildiyi və dilə gətirdiyi meqativ hallar mütləq nəzərə alınmalı və yığışdırılmalıdır. Əhalinin regionlarda qalıb çalışmasını,  iqtisadi inkişafa töhvə verməsini təmin etməkdən ötrü regionlarda məşğulluq məsələsinə yenidən baxılmalıdır. 200-250 manatlıq, yəni işçinin iş yerində aylıq günorta yeməyinə çatan iş yerlərindən, ölkə üzrə bu il gözlənilən orta əmək səviyyəsində, yəni 600 manat və daha çox əmək haqqı olan iş yerlərinin genişləndirilməsinə ehtiyac var. Bu baxmdan Şəki qədimiliklə müasirliyin vəhdətindən ibarət unikal bir məkan,vüqarlı dağlar qoynunda açıq səmada muzey adlandırıla biləcək qədər gözəl, qədim ənənələri qoruyub saxlamağı bacaran, dövlətçiliyimizin etibarlı dayaqlarından biri olan, böyük iqtisadi potensiala malik, amma hazırda potensialından lazımı səviyyədə istifadə edə bilmədiyimiz bir şəhərdir. İnnovasiyalı inkişaf yolu tutmaqdan ötrü burda böyük yaradıcılıq potensialı var .Təkcə Şəki şəhərində deyil, onun kəndlərində də intellektual səviyyə təəccüb ediləcək dərəcədə çox yükəsəkdir. Şəkini lazımi səviyyəyə qaldırmaq, bir ucu İsmayıllı,o biri ucu Balakən olmaqla 600 min nəfərdən artıq əhalisi yaşayan bir regionun sürətli inkişafına əvəzsiz təkan vermək mümkündür. Biz hələ 10 il əvvəl əsas qayəsi Şəkinin təbii, iqtisadi və dəyərlər sistemi olan mədəni potensialının sosial-iqtisadi inkişafın sürətləndirici amilinə çevrilməsi əsasında dövlətçiliyimizin güclü dayağı kimi regional mərkəz olan “Şəkinin 2011-2020-ci illərdə inkişaf proqramının konseptual əsaları”nı hazırlamış və onun əsas məqamlarının reallaşdırılmasısı xahişi ilə Nazirlər Kabinetinə və aidiyyatı orqanlara müracit etmişik. Təkliflərimiz yaxşı qarşılanıb, müəyyən hissəsi regional inkiaf proaramlarının reallaşdırılması prosesində həyata keçirilib. Amma gerçəkləşdirilməsini gözlədiyimiz məsələlər də var. Bu baxımdan Yeni Regional İnkişaf Proqramı çərçıvəsində Şəkiyə diqqətin artırılmasını vacib hesab edirik. Bu baxımdan təkcə Şəki yox, onun yerləşdiyi regionun potensialını reallaşdırmaq və təbii resrslarından dolğun, səmərəli istifadəni gücləndircək, yüksək məvacibli iş yerlərinin açılması işini sürətləndirməkdən ötrü çox sanballı bir “Şəki Sənaye Şəhərciyi”nin və ya Məhəlləsinin yaradılması; Şəki təhsilinin inkişafı və Şəkinin yerləşdiyi region tələbələri və onların valideynləri üçün çox faydalı olan, Bakının təhsil sahəsində öz üzərinə götürdüyü ağır yükü yüngülləşdirmək üçün həlli zəruri məsələlərdən biri kimi ADPU-nun Şəki filialının bazasında müstəqil Şəki Dövlət Universitetinin yaradılması işinə dəstək verilməsini xahiş edərdik.

 

- Əli müəllim, bəzi sahələrdə hətta ciddi kadr islahatlarına da ehtiyac duyulur. Cəmiyyətdə islahatların mümkün nəticələri ilə bağlı gözləntilər böyükdür. Real vəziyyət bu gözləntilərin özünü doğrultmasına imkan verirmi?

- Prezidentin fərmanları ilə struktur islahatları gedir: bir sıra dövlət qurumları ləğv olunub və ya birləşdirilib. Bununla yanaşı, bəzi yeni qurumlar təsis olunur. Yeni çağırışlar və bu mərhələnin reallıqları tələb edir ki, struktur islahatlarının ciddi kadr islahatları ilə müşayiət olunsun. Ona görə də islahatlar dərinləşdikcə, oturduğu kreslonu sərvət toplamağa konvertasiya edənlər, qanunvericiliklə ona tapşırılan vəzifəni “avtopilota” qoyub, birbaşa və ya dolayısı məmur sahibkarlığı ilə məşğul olanlar, öz fəaliyyət sahələrinin monopoliyaya alanlar, ölkənin tərəqqisinin buxovuna çevrilən vəzifəli şəxslərə yeniləşən sistemdə yer olmayacaq. Artıq bu yöndə yeni siyasətin konturları görünməyə başlayıb. 

Görünən budur ki, oliqarxların mövqeyinin zəiflədilməsi işi davam edəcək, korrupsiyaya bulaşmamış texnokratların görəvə gətirilməsi işi genişləndiririləcək. Köklü islahatlar yolu ilə dövlət-hakimiyyət sisteminin fəaliyyətinin səmərliliyi artırılmalı, şəffaflıq və güclü nəzarət sistemi formalaşdırlmalıdr ki, bir tərəfdən qanundan yuxarıda duran, oturduğu kreslaonu sərvət toplamağa konvertasiya edən məmur zümrəsinin görəvdən alınması prosesi sürətlənsin,digər tərəfdənsə bir bir sıra dövlət qurumlarına yeni təyin edilmiş texnokratlar daha təkmil idarəçiliyin zəmanətçiləri kimi fəaliyyət göstərə, faydalı iş əmsallarını artıra bilsinlər. Bu zaman islahatlar kontekstində ənənəvi üsullarla yanaşı, müasir dünyanın qabaqcıl nümunələrindən də yaradıcılıqla istifadə edilməsini zəruri hesab edirik. Məsələn, korrupsiyaya və digər bu kimi neqativlərə qarşı mübarizənin ən effektli üsulu kimi iqtisadiyyatın rəqəmsallaşdırılmasının genişləndirilməsi və bu əsasda məmurla vətəndaşarasında məsafə yaradılmasını zəruri hesab edirik. Potensialımızdan çox aşağı duran nəticələri yaxşılaşdırmaq, inkişafımızdakı ləngimələrin bir hissəsinin səbəblərini aradan qaldırmaq vacibdir. Vətəndaşların və biznesin qanunlarla müəyyən olunmuş qaydada işləyəndə daha çox nəticə əldə edə biləcəyinə inamını artırmaq, Azərbaycann imicinə ciddi müsbət münasibətlər və devidentlər gətirmək və əhalinin narazılıqlarını azaltmaqdan ötrü məhkəmə-hüquq sahəsində başlanılan islahatların da genişləndirilməsini,elektron məhkəmə sahəsində atılan addımların sürətləndirilməsini, eləcə də müstəqil məhkəmə institutunun formalaşdırılması və möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi ilə mülkiyyət hüquqlarının qorunmasınn etibarlılığının artırılmasını sosial –iqtisadi tərqqimizə böyük təkan verəcəyini bildiririk.

 

- Əhali qaz və işığa tətbiq olunan limitin ləğv olunmasını istəyir. Sosial şəbəkələrdə aparılan müzakirələr də bununla bağlı ölkə rəhbərinə müraciət etməyi düşündüklərini deyənlər də var. Hətta parlamentin son iclasında da həmkarlarınız bu məsələni gündəmə gətirdilər. Sizcə bu, mümkündürmü? Limit ləğv olunarsa, dövlət büdcəsinə dəyəcək ziyan təxminən hansı məbləğdə ola bilər?

- Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Milli Məclisdə qaz və işığa tətbiq olunan limit məsələsi ilə bağlı çıxışımızda bildirmişdik ki, 350 milyon manata görə əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil. İndi bəlkə bu rəqəm dəyişib. Biz bu gün də eyni mövqedədəyik və istək olsa, həlli mümkün olmayan məsələ demək olar ki, yoxdur. Son zamanlar ölkədə həyat keçirilən sosial layihələrin sayı artıb. Güzəştlər tətbiq olunur, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində işlər görülür. Əhalinin maddi durumunun yaxşılaşması üçün təbii qaz limitini də ya ləğv etmək, ya da 20 qəpikdən aşağı salmaq olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47