Modern.az

Nazirlik bir həftədə 61 təlim keçirdi

Nazirlik bir həftədə 61 təlim keçirdi

18 Mart 2019, 17:20

Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq, həftə ərzində Azərbaycanın bölgələrində  fermerlərə  kənd təsərrüfatı fəaliyyətinin müxtəlif sahələrinə dair 61 təlim keçirilib.

Təhsil və təlim şöbəsi 6, Baş Dövlət Texniki Nəzarət Xidməti 20, Aqrar Elm və İnnovasiya Mərkəzi 22, “Aqrolizinq” ASC 6, Azərbaycan Dövlət Aqrar Universiteti 1, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti 1, Dövlət Baytarlıq Xidməti 5 təlim keçib. Təlimlərə ümumilikdə 962 iştirakçı cəlb olunub. Təlimlər Bakı şəhərini və 40 rayonu əhatə edib. Tədbirlər planına uyğun olaraq, fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrinə dair mövsümi işlərlə bağlı təqdimatlar keçirilib, informasiya-məsləhət xidməti təşkil olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu ən müxtəlif sahələr üzrə təlimlər keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi