Arxiv
17 Dekabr 2011, 13:21 | MƏDƏNİYYƏT
XX əsrin ilk Azərbaycan dərsliyi – "Bəsirətül-ətfal”


Görkəmli  Azərbaycan pedaqoqu  Rəşid bəy Əfəndizadə bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri 1898-ci ildə İstanbulda Azərbaycan dilində  nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı  məlumat vermişdik.  R.Əfəndizadənin  İstanbulda çap olunmuş daha bir dərsliyi də vardır. Bu dərsliyin adı "Bəsirətül-ətfal"dır. "Bəsirət" ərəb mənşəli sözdür, "gözüaçıqlılıq, dərrakəlilik" kimi tərcümə olunur. "Ətfal" da ərəb mənşəlidir, "tifil" (uşaq) sözünün cəmidir. Deməli, "Bəsirətül-ətfal"ı "Uşaqların gözüaçıqlığı, dərrakəliliyi " kimi tərcümə etmək lazımdır.

Bu yazımız R.Əfəndizadənin  İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır.

R.Əfəndizadənin bu adda  ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunub.
XX əsrin əvvəllərində  R.Əfəndizadə  xalqa və onun məktəbli övladlarına  öz  sözünü  yenə  də dərslik vasitəsilə söyləmək qərarına gəlib.  O, 1901-ci il sentyabrın 12-də Qafqaz Senzura  Komitəsindən Bakıda Azərbaycan dilində  “Bəsirətül-ətfal” adlı 226 səhifəlik yeni bir dərsliyin çap edilməsinə icazə alıb. Dərslik Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunub.

Rəşid bəy Əfəndizadənin bu dərsliyi də  onun 1898- ci ildə İstanbulda çap olunan “Uşaq bağçası” dərsliyi  kimi  türkdilli reqionlarda bəyənilib və təqdir edılib. Yeni dərslik – “Bəsirətül-ətfal” müəllifin “Uşaq bağçası” dərsliyi ilə yanaşı, mübtədi  (ibtidai)  məktəblərinin əsas oxu kitabı kimi şagirdlərin mütaliə mədəniyyətinin inkişafına  güclü təsir göstərib. Dərslikdəki bədii parçalar, öyüd  və nəsihət  xarakterli  yazılar   məktəb yaşlı uşaqların  elmi,  idraki, həyati  biliklərinin zənginləşməsinə  yönəldilib. İki babdan - hissədən ibarət olan  “Bəsirətül-ətfal”da Azərbaycan ədəbiyyatına,onun nəzəri məsələlərinə geniş yer verilməsi diqqəti cəlb edən məsələlərdəndir. Bu materialların hazırlanmasında Türkiyədə çap olunan dərslik və ensiklopediyalardan geniş istifadə olunması “Bəsirətül-ətfal”ın dəyərini artıran amillərdən biri kimi qiymətləndirilməlidir.
     
Rəşid bəy Əfəndizadə 1907-ci ildə “Bəsirətül-ətfal”ın yeni nəşrini hazırlayıb. Dərsliyin üz qabığında  o  dövrün  müasir dərs avadanlıqları ilə  təchiz   edilmiş  sinif otağının mənzərəsi  əks olunub. Nümunəvi məktəb mühitini canlandırmağa çalışan rəssamın soyadını çətinliklə də olsa Taburin kimi oxuduq. Müxtəlif elmi mənbələrdən onun kimliyi haqqında  xeyli material topladıq. Əsərini "Taburin" kimi imzalayan şəxs XX əsrin  ən böyük rəssamlarından biri Vladimir Amosoviç Taburindir.

V.A.Taburin dünya şöhrətli sənətkardır. O, görkəmli rəssam, yazıçı, jurnalist, fotoreportyor, pedaqoq, plakat ustası kimi tanınır. V.A.Taburin rəssamlığın kitab illüstrasiyası sahəsində bir sıra maraqlı əsərlərin mahir nümayəndələrindəndir. Çox təəssüf ki, Azərbaycanla bağlılığı olan bu sənətkarı Azərbaycanda tanıyanlar demək olar ki, yoxdur. Bu fikrə bir neçə ziyalı ilə söhbət edəndən sonra gəlmişəm. (Onların arasında tanınmış rəssamlar da var). 
V.A.Taburin  rus ədəbiyyatının A.S.Puşkin,  M.Y.Lermontov N.V.Qoqol,  İ.S.Turgenyev,  İ.A.Qonçarov, N.S.Leskov,  A.P.Çexov,   P.D.Boborıkin,  V.İ.Nemiroviç-Dançenko kimi yazıçılarının əsərlərinə çoxlu illüstrasiyalar çəkib.
Azərbaycan yazıçısı, pedaqoqu, şairi, tərcüməçisi və dərslik müəllifi Rəşid bəy Əfəndiyevin "Bəsirətül-ətfal"kitabının üz qabığındakı illüstrasiya bu böyük söz ustalarının cərgəsində çox təntənəli görünür. Mənbələrdə V.A.Taburinin 1907-ci ildə hərbi müxbir olduğu  göstərilir. Onun bu dövrdə İstanbulda olması da faktdır. "Bəsirətül-ətfal"ın üz   qabığına çəkilən şəklin çəkilmə sifarişçisinin kim  olduğu bilinmir.
Şəkildə canlı bir dərsin görüntüləri diqqəti cəlb edir. Bu  şəkil məncə, rus sənətkarlarına məlum deyil. Şəkildəki sinif otağını və müəllimi başqa bir illüstrasiyada da görürük.  (Bu şəkil bu yaxınlarda  rus sənətsevərlərinə  məşhur rəccamın yeni  tapılmış əsəri kimi təqdim olunub).
12-13 yaşlı tələbələ qızların  sinfə daxil olan müəllimə  yönələn  maraqlı baxışları burada  həmişə canlı dərslərin keçilməsindən xəbər verir. Bu müəllim  obrazına V.A.Taburinin XX əsrin əvvəllərində rus yazıçısı Lidiya Çarskayanın əsərlərinə çəkdiyi illlüstrasiyalarda da rast gəlinir.

"Bəsirətül-ətfal"əsərinin müəllifi  kitabın üz qabığında  belə  təqdim olunur: “Zaqafqas Darülmüəlliminin müsəlman şöbəsinin elmi-ilahi  və lisan müəllimi Rəşid bəy Əfəndizadə”.
       
“Bəsirətül-ətfal”ıın ikinci nəşri kimi təqdim edilən bu dərslik  islamiyyə tarixi ilə 1325-ci ildə (miladi tarixi ilə 1907-ci ildə) İstanbulda  Babəli  caddəsində 72 nömrəli binada yerləşən “Mahmud bəy” mətbəsində çap olunub. Dərsliyin sonundakı elanlarda  müəllifin  bədii bə elmi yaradıcılığna  işıq salan  məqamlar var. Belə ki ilk nəşri 1898-ci ilə aid olan “Uşaq bağçası” 1907-ci ilə qədər üç dəfə nəşr olunub. R.Əfəndizadənin beş məclisli “Qan ocağı” komediyası da bu ərəfədə  çap olunub.

İstanbulda çap olunan  “Bəsirətül-ətfal” həcmcə 128 cəhifədir.  Dərslik iki hissədən–babdan ibarətdir. Birinci bab daha əhatəldir. İkinci bab 90-cı səhifədən baslayır. Yeni nəşrdə mövzulara aid 30-a yaxın  şəkil var. Bu şəkillərin də V.A.Taburinə aid olması şübhəsizdir. Belə olduğu təqdirdə,  Rəşid bəy Əfəndizadə ilə V.A.Taburinin üzbəüz  söhbət etdiklərini düşünmək olar. Belə ki şəkillər mövzu ilə əlaqəlidir. Bunu da Azərbaycan dilini bilməyən dahi rəssama izahat verən şəxs rus dilini bəzi ruslardan yaxşı bilən R.Əfəndizadə özü ola bilərdi.

Dərslik “Yüz yaşlı qoca ” zərifəsi ilə başlayır. Bu zərifə əslində N.Gəncəvinin “Kərpickəsən qoca və cavan” hekayəsinin təsirilə yazılıb. Bir neçə cavan yüz yaşlı qocanın torpağa alma toxumu səpdiyini görüb onu  bu işdən çəkindirməyə cəhd edir: “Ey qoca baba, sənin yüz yaşın var, toxumdan çıxan cırı calayıb, əmələ gətirəndən sonra meyvəsini görmək çox ömür istər… Zəhmət çəkmə, bu,sənə çatmaz”.
Qocannın cavabı çox  sərrast olur: ”Əzizlərim! Əkiblər, yemişik, əkərik, yeyərlər”.
Birinci babın  “Fəqir Bülbül və qəni Qarışqa “, “Gün, Ay və Ulduz” “Uşaq və ayna”, ”Alma ağacının əhvalı”, “Seyid Əzimin oğluna yazdığı nəsihətlər” və s. maraqla oxunur.  Dərslikdəki  təbiət  hekayələri    R.Əfəndiyevin ətraf mühitə, coğrafi anlayışların izahına  bacarıqlı ögretmen  mövqeyindən yanaşdığı hiss olunur.
Dərsliyin ikinci babı ədəbiyyat  xüsusundadır. Burada M.Füzuli  və  şair  Nəbi haqqında  maraqlı məlumat verilir, oxucular divan ədəbiyyatının səciyyəvi   xüsusiyyətləri  ilə tanış  edilir. Bu hissənin  zərbi- məsəllərə, yazının üsuluna, imlasızlığa həsr olunmuş materialları da  diqqəti cəlb edir,məktəb yaşlı  uşaqları elmə, təhsilə həvəsləndirir.

Nazım Nəsrəddinov
türkoloq   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda minlərlə boşanmış qadına çarə tapıla bilər... 17 İyul 2019, 12:33