Modern.az

Şəhid başdaşılarından qələbə çağırışları – Lələtəpənin kəbələşən ağacları

Şəhid başdaşılarından qələbə çağırışları – Lələtəpənin kəbələşən ağacları

Media

5 Aprel 2019, 11:02

Elşad Eyvazlı

Düz üç ildir ki, Lələtəpə, Cocuq Mərcanlı insanlarımızın ziyarət yerinə çevrilib...

Düz üç ildir Lələtəpə, Cocuq Mərcanlı Azərbaycan xalqı üçün ən müqəddəs bir məkan olub.

Dilə gətirilməsə də, Məşhəd, Kəbəmizdir - Lələtəpə, Cocuq Mərcanlı...

Əsrlərlə daşlaşmış müqəddəs yerlərdən daha müqəddəs olub Lələtəpə... 

Mən məktəblilər  tanıyıram ki, öz ad günündə valideynlərindən hədiyyə olaraq, Lələtəpəyə, Cocuq Mərcanlıya aparılmasını istəyirlər...

Mən gənclər, gənc cütlüklər tanıyıram ki, toylarından əvvəl Lələtəpəyə, Cocuq Mərcanlıya gedib, orada əhd-peyman kəsirlər...

Mən yaşlı insanlar tanıyıram ki, “Həyatdır, bilmək olmaz, heç olmasa, Lələtəpəni, Cocuq Mərcanlını görüm” deyirlər.

Özü də bunu istəyənlər tək qarabağlı deyillər; qubalı da, qazaxlı da, lənkəranlı da belə istəyir.

Deməli, Lələtəpə xalqımızı təbii olaraq, öz ətrafında birləşdirə bilib. Və nədənsə adamda çox əminlik yaranır ki, Lələtəpə mütləq möcüzələr edəcək: Lələtəpə ətrafındakı birlik  Şuşanı, Kəlbəcəri, Dərələyəzi, bütün işğal olunan torpaqlarımızı azad edəcək.

Ötən gün Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlıda keçirilən ağacəkmə aksiyasında bunu bir daha gördük.

Tək bunu görmədik. Başqa daha böyük şeylər də gördük.

Gördük ki, başdaşlarından boylanan ŞƏHİD ŞƏKİLLƏRİ canlı insandan daha diri, daha mənalı, daha isti baxır. O baxışlarda bir xoşbəxtlik var. O baxışlarda bir çağırış var...

Hər bir ŞƏHİD adına əkilən ağac adi ağaclar deyil, indidən Vətəni öz kölgəsinə alacaq qədər azman görünən varlıqdı.

Gördük ki, bu məkana axışan insanlar bu məkana sığmır. Qələbəyə acmış insanlara mütləq yeni-yeni Lələtəpələr lazımdı...


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...