Modern.az

Qazaxıstanın Qurucu Prezidenti Nazarbayev TWESCO prezidentini qəbul edib

Qazaxıstanın Qurucu Prezidenti Nazarbayev TWESCO prezidentini qəbul edib

5 Aprel 2019, 22:53

Qazaxıstanın Qurucu Prezidenti - Elbaşı (Millətin Lideri) Nursultan Nazarbayev Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdıralini qəbul edib. 

Modern.az-ın məlumatına görə, Darxan Kıdırali görüş zamanı Nursultan Nazarbayevə Beynəlxalq Türk Akademiyasının fəaliyyəti və planları barədə, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Zirvə toplantısında verilən tapşırıqların yerinə yetirilməsi barədə danışıb. Həmçinin, Elbaşına Akademiyanın nəşr etdiyi "Ortaq Türk Tarixi", "Ortaq Türk Ədəbiyyatı" və "Türk Dünyası Coğrafiyası" dərsliklərinin layihəsi təqdim olunub. Qazaxıstan Respublikasının Qurucu Prezidenti Nursultan Nazarbayev TWESCO-nun fəaliyyətinə yüksək qiymət verib və Akademiyanın qarşıdakı dövrdə görəcəyi işlər barədə təlimatlar verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır