Modern.az

Çölçü ustaların dəmir işləri - Darxan Kıdırali

Çölçü ustaların dəmir işləri - Darxan Kıdırali

Ədəbi̇yyat

9 Aprel 2019, 14:46

"Mübaliğəsiz deyə bilərik ki, torpaqlarımız maddi mədəniyyətə aid bir çox kəşflərin meydana gəldiyi bir yerdir" – Prezident Nursultan Nazarbayevin  "Böyük Çölün 7 özəlliyi" məqləsində belə deyilir.  Tarixə qəlibləşdirilmiş Avropa eynəklərindən  baxan bəzi alimlər və publisistlər öz zamanlarında "onlar köçəri həyat tərzi sürmüşlər, onların şəhər mədəniyyəti və inkişaf edən sənayesi  olmayıb" kimi absurd bir fikir yaratmışdılar. 

 

Qədim türklərin domna sobaları

Qədim türklərin lap qədimlərdən dəmirçilərin həyat tərzləri, dəmir əritmə mərasimləri , dəmirdən məharətlə istifadə və onu əritmə mərasimləri haqqında  xüsusi təsəvvürləri olub. Qədim dəmir ustaları dəmiri un kimi ələyib və həm də xəmir kimi yoğuraraq, bu maddi  mədəniyyət növünün bütün sirlərinə bələd idilər.  Məşhur şərq tarixçisi  Fəzlullah Rəşid əd Dinin əsərlərində qeyd olunur ki, bizim əcdadlarımız Ergenekon vadisindən çıxmaq üçün  yol axtararkən  bir dağın dalanına dirənirlər. Bu zaman  usta dəmirçi  dağın bir küncündə  60 öküzün dərisini yandıraraq  böyük ocaq qalayır.

Beləliklə türklər, dağı əridərək, özlərinə yol açır və azadlığa çıxıb öz tarixi yurdlarına dönürlər.   Hun tarixində mühüm yer tutan bu ilkin tərpənişdən sonra, Böyük çöldə taxta çıxan ilk hökmdarın adının da  Dəmirçi, Temirşi (Temuçin) olması təsadüfi deyil. Eləcə də Türküstanın intibah dövrü ilə bağlı olan Əmir Teymura da  bu adın həmin ənənələrə uyğun verilməsini ehtimal etmək olur. Məhz  buna görə  gəncliyində  peşəkar metallurq (dəmirçi)  olan  bizim Dövlət başçımız , iyirminçi əsrdə özü şəxsən domna sobasında  metal əridir,  və türklərin  qədim  sənətkarlıq peşəsi olan metalın emalına diqqət yetirirdi. Beləcə,  bizim gözlərimizin qarşısında  qədim dövrdən məlum olan sənətkarlıq peşəsinə sahibliyin necə baş verməsi  öz isbatını tapdı.

Alataudakı  Esikdə, Altayda Bereledə, Tarabaqatayda Yelekedə "Altın adam" kurqanlarının tapılması, bir daha sübut etdi ki, Böyük Çölün ənginliklərində  lap qədimlərdən zərgərlik də  gözəl və incə bir sənət növü kimi inkişaf edib.  Çölçü ustalarının sənətkarlıq nümunələri arasında  min bir naxışla bəzədilmiş yəhər, üzəngi, yüyən,  atlıya məxsus olan yaraq-yasaq əşyaları da var idi.  Bütün bu sənətkarlıq nümunələrini bir araya yığanda tam əminliklə demək olur ki, həqiqətən də atı ilk dəfə əhilləşdirmək də  bizim səhralarda mümkün olub.  Əcdadlarımız tərəfindən qayalarda və mağarlarda tariximizə şahid qalan rəsmlərə baxanda , bir daha əmin olursan ki, döyüşçülərimiz də həmin sənətkarlıq nümunələri olan ağır  yaraq-yasaqla silahlanıblarmış. Bu rəsmlər həmin qəhrəmanların epik nümunələridir. Onlar haqqında qədim rəvayətlərimizdə, nağıllarımızda danışılanda qeyd olunur ki, "... onun yəhəri və üzəngisi, yəhər-kəməri təmiz qızıldan idi".

Bəlkə elə buna görədir ki, türk hökmdarları  zərgərlərə və dəmirçilərə, misgərlərə  xüsusi  ehtiram göstərərdilər. Belə sənətkarların peşələri nəsildən-nəsilə ötürülür, tayfa məşğuliyyətinə çevrilirdi. Məsələn dəmir əridənlərin tayfalarını "poladçı" ("boltaşı"),  yanacaq və neft hazırlayanları "kürəçi", araba hazırlayanları "arabaçı" qazaxca "teleüler" ("tele") , taxtadan araba hazırlayanları "kanka arba"çı, "kanlı" deyə adlandırırdılar. Həmin insanlar  qazax etnoqenezinin mozaikasında  özlərinin xüsusi izlərini qoyublar.  Qədim "Oğuznamə" dastanında  ilk arabanı icad eləyən şəxs haqqında belə bəhs olunur: "Oğuz xanın ordusunda bir bacarıqlı usta var idi.  Onun adı Barmaqlıq Josın Bilik idi. Bu usta (kanka arba) taxtdan araba düzəltmişdi. Bu  arabaya canlı heyvanları qoşar, əşyaları isə üstünə yığardılar.  Bu möcüzəni ilk dəfə görən insanlar, sonradan araba düzəltməyi öyrənib , özləri üçün  nəqliyyat vasitəsi kimi istifadə etdilər.". Kanlı tayfasının adı da həmin arabaçılar tayfasından gəlir.

Skiflərin ölkələri mis və qızıl ilə zəngindir

Tanınmış qazax akademikləri  Kanış Satpayev və Alkey Marqulan özlərinin tədqiqatlarında qeyd edirdilər ki,  Mərkəzi, Şimal və Şərqi Qazaxıstan əraziləri  ta qədimlərdən böyük metallurgiya mərkəzləri olublar.  Qeyd etmək lazımdır ki, Mərkəzi Qazaxıstanın "Kırık şürık", "Kalayı kazğan", "Мың шұңқыр", "Бес шұрық", " Jezkazğan", "Kenkazğan", "Yusta", "Kara temir" və "Temirtau" kimi dəmir  mədənləri hələ lap tunc dövründən tarixə məlumdur. 

Dəmir mədənlərinin istismarı orta əsrləri və sonrakı dövrləri əhatə edir. Adını çəkdiyimiz regionda  tunc dövründə buralarda tunc və qalay  emal edlirdi. Metalın işlənməsi və onun məişətdə tətbiqi Böyük Çölün sakinləri olan sakların zamanında  çox yayılmış sənətkarlıq və istehsal növü idi.  Məsələn, yunan yazılı mənbələrində  deyilir ki, sakların , sarmatların və massagetlərin diyarı mis və qızılla zəngindir. Bu ərazilərin sakinləri  həmin metalların emal etməyi  çox yüksək səviyyədə bacarırlar. 

Herodot və Strabonun yazılarında da qeyd olunur ki, "  Asiya skiflərinin  o qədər qızılı var ki, onlar başdan ayağa qızıl paltarlar geyinir, qızıl bəzək əşyaları ilə bəzənir, hətta atlarının yəhər və üzəngisini də qızılla bəzəyirlər".  Müasir dövrümüzdə Qazaxıstanda tapılan  bir neçə "Qızıl adam" heykəlləri da həmin tarixi mənbələrin nə qədər doğru olduğunu isbat edir. Bütün bu faktlar  dünyaya türk sivilizasiyasının böyüklüyünü göstərməyə imkan verir.

Arkey Marqulan öz əsərlərində yazırdı ki,  " Herodotun  mis və qızılla zəngin olan asiya skifləri müasir Qazaxıstanın mərkəzi və şimali-şərq regionları ilə , eləcə də Altay və Tarbaqatay ilə uyğun gəlir.". Belə ki, hələ lap qədimlərdən  tunc dövründə  saklar Altayda metaldan məişətdə və gündəlik həaytlarında istifadə qaydalarına yiyələnmişdilər.  Altayda qazıntı və tədqiqat işləri aparan  Məşhur arxeoloq S.İ. Rudenko öz elmi işndə qeyd edirdi ki, bu region çox qədimdən  metallurgiyanın mərkəzi beşiyi olmaqla yanaşı, həm də qızıl mədənləri və yataqları  ilə zəngin bir ərazidir.  Arjana, Berel, Şilkiktı kurqanlarında da sakların dövürnə aid olan çox sayda sənətkarlıq nümunələri və eksponatlar aşakar edilib. Elə buna görə də,  Elbaşı özünün proqram  məqaləsində Altaylara çox böyük diqqət ayırır. Bu ərazilər türklərin tarixi beşiyi olmaqla yanaşı, eyni zamanda   metallurgiya sənayesinin  geniş inkişaf mərkəzidir.  Qazaxların  xalq şairi İsa akın  bu yerlərin bərəkətini və əhəmiyyətini yazdığı şerlərində vəsf edirdi: " Gözümün, könlümün məlhəmi Altay, Hər qarış Torpağın cana xoş gəlir. Qızıllı -gümüşlü bəzəkli Altay, Udduğum hər nəfəs  qəlbi isidir". 

 Məşhur türkoloq N.Y.Biçurin təsdiq edirdi: "Çin mənbələrində Altay dağları Tzin-şan _-- yəni "Qızıl dağlar"  kimi göstərilir. (Məlum olduğu kimi, türk və monqol dillərində "altan" "qızıl" mənasını verir).  Bu səbədən də, belə düşünmək olar ki,   xalq arasında  məşhur olan  " Altaydın say- salasıtüqel altın"--  "Altay mağarası qızılla doludur"  fikri də təsüdfən yaranmayıb.  

Dəmir emalı – ümumxalq sənəti

Milli sənətkarlığın sonrakı dövrlərində  metalın emalı və işlənməsi Usunlar və Kanqlar dövlətlərində  daha çox inkişaf etmişdi.   Misdən və dəmirdən silah və məişət əşyaları düzəldilirdi.  Dəmirin əridilməsi, qurğuşunun və qızılın emalı  Türk xaqanlığının dövründə yüksək inkişaf mərhələsinə çatmışdı. Türklər tarixi səhnəyə çıxmağa başlayandan sonra, metallurgiya sənayesinin inkişafı da dayanmadan  regionlarda yayılmağa başladı.  Məsələn çin  səlnamələrində deyilir ki,  Altay dağlarına köçən Aşina türkləri , əvəllər Jujan imperiyasına tabe idilər və dəmir alətlərini hazırladıqları və işlətdikləri üçün vergi ödəyirdilər. Tarixi sənədlərdə də qeyd olunur ki, jujan  hökmdarı Anaxuan trükləri "mənim dəmir ustalarım" adlandırır.

Bu fikir bir daha onu deməyə əsas verir ki,  metallurgiya türklərin əsas və ənənəvi sənətkarlıq növü kimi ilk yaranışdan onlara məxsusdur.  Böyük türkoloq Lev Qumilyevun  belə bir məşhur tezisi var: "  köçərilər dəmirlə işləməyi qədimdən əxz etmişdilər. Bu  peşəyə yiyələnmək və ona sahiblənmək , dəmirlə işlmək kütləvi hal almışdı.". Bu fikir bir daha onu deməyə əsas verir ki,  dəmir emalı türklərin milli sənətkarlıq növü idi.

Altayada, Xakasiya və Tuvada aparılan arxeoloji qazıntılar zamanı  qədim türk dövrünü əhatə edən  böyük mədənlər və dəmir əridən sobalar da tapılıb.  Arxeoloji qazıntılar zamanı üzə çıxan   dəmir əşyaların içərisində    dəmir toxmaq, nizə, kaman, ox, sancaq və qılınclar da şakar edilərək götürülüb. Türklər dəmiri emal və istehsal etməklə yanaşı, həm də  ən yüksək səviyyədə sənətkarlıq vərdişləri ilə dəmirdən silah və döyüşçü sursatları hazırlamağı da bacarırdılar. 

Orxon yazılarında türklərin qəhrəmanlığı belə vəsf edilir: " ... dünyanın dörd bir tərəfini fəth ediblər". Türk xaqanlığının  əraziləri genişləndikcə, xaqanlıq böyük dövlətə çevrilməyə başlayırdı, beləliklə də Böyük İpək yolu  türklərin nəzarətinə keçdi. Böyük ÇöLün şah damarı olan səhralar artıq  ticarətin və  və iqtisadiyyatın genişlənməsinə, həm də türklərin siyasi diplomatiyasının regionda  yayılıb güclənməsinə xidmət edirdi.

Böyük Çöl Qərb və Şərq arasında qızıl körpü rolunu oynamaqla yanaşı, həm də bu ərazilərdə bir çox etnosların sülh və əmin-amanlıq şəraitində yaşamasına şərait yaradırdı.  Yazılı abidələrdə, qeyd olunur ki,  İpək yolu ilə daşınan dəmirdən olan müxtəlif əşyalar qiymətli mal hesab olunurdu. Elə buna görə də İpək yolunu bəzən Polad yolu da adlandırırdılar.  Məsələn Vizantiya  mənbələrində yazılır ki, türklər   Şərqi Roma İmperiyasına dəmir satmaqla məşğul idilər.  Türk ellərinə səyahət edən zaman   vizantiyalı elçi Zemarxı, Şərqi türk elllərinin xaqanı Dizabul qəbul etmişdi.  Zemarx səyahət gündəliyində bu haqda xəbər verirdi ki,   görüşdüyü türklər  dövlətlərinin necə böyük siyasi gücə malik olduğunu sübut etmək üçün,  ona dəmir satdılar, həm də dəmir mədənlərini və müxtəlif metal nümunələrini göstərdilər. Sonra isə Xan sarayını təsvir edərək yazırdı: "... Biz xaqanın öv etdiyi ərazidə görüşdük. Burada onun  iqamətgahı var idi. Xan bizi öz  gözəl ipək və qumaşla örtülmüş çadırına gətirdi.  Çadırın içərisində onun qızıldan taxtı  qurulmuşdu.  Süfrəyə düzülmüş  bütün qablar qızıldan ,  nadir heyvan sümüklərindən hazırlanmış  və bahalı qaş-daşla bəzədilmişdilər. Bu çadırda bir az  oturduqdan sonra , qızıl suyu ilə işlənmiş digər bir çadıra keçdik, bu çadırın içindəki əşyaların da əksəriyyəti qızıl və gümüşdən idi,  bu qablara baxanda adamın göz-qaşı qamaşırdı. Bəli, türk xaqanının iqamətgahı belə heyrətamizdir".  Əgər vizantiyalı  elçinin xatirələrində Dizabul xaqandan söhbət gedirsə, şübhəsiz ki, o  həmin dövrdə çox məşhur olan  İstemi xaqan haqqında danışır, çünki  həmin dövrlərdə  Karatau ( o zaman bu ərazi Ekitau adlanırdı) və Altay arasındakı torpaqlarda xaqanlıq İştemi xana məxsus idi.  Bu yazılar da bir daha təsdiq edir ki,  Alatau çox qədim dövrlərdən dəmir yataqları və mədənlərlə zəngin olub.

Qazax bəylərinin şəxsi mədənləri

"Qazax bəylərinin əxsi mədənləri"-- fikrini tarixdə ilk dəfə  məşhur alim Lev Qumilyev təsdiq edərək, yazırdı ki, "tarixin səhnəsində izi qalan türklər o xalqlardandır ki,  Mərkəzi Asiyada ilk dəfə dəmir sənayesi ilə məşğul olublar".  Qazax xanlıqları dövründə də dəmir mədənlərinin öyrənilməsi və istismarı davam etdi.  Xan və bəy tituluna mənsub olan hər bir kişinin özünə məxsus şəxsi  mədənləri var idi. Xüsusi gizli əməliyyat tapşırığı ilə  Qazaxıstan çöllərində  səfərdə olan Sibir şöbəsinin kəşfiyyatçısı  F.Nazarovun arayışlarında  Ualixan xanın  (babası məşhur Şokan) Kokşetauda qurğuşun  əridən istehsal müəssisəsi olduğunu qeyd edirdi. F.Nazarov  yazdığı hesabatda, göstərirdi ki, Ualixan xan rusiyalı tədqiqatçılara  özünün şəxsi  dəmir mədəni "Mın şünkır"ı göstərməyərək, onları bilərəkdən yanlış bir tərəfə Şanqina ərazisinə ekspedisiyaya göndərdi. O cəzalanmaqdan qorxduğu üçün rus tədqiqtçılarını xanlığın ərazisinə yaxın qoymadı.".

Görkəmli  qazax alimi olan Alkey Marqulan isə  Tayke xanla Abılay xanın arasındakı yazışmaları tədqiq edərək belə nəticəyə gəlmişdi ki,  qızıl və başqa qiymətli metal yataqları ancaq xan nəslindən olan insanlara məxsus idi. Bu ənənə qazax cəmiyyətində uzun illər saxlanılırdı. Xanın şəxsi qvardiyası nəslinə məxsus olan mədənləri və yataqları kənar soyğunçulardan və gəlmələrdən qoruyurdu.  Tarbaqataydan Altaya, Altaydan Kokşetauya qədər  "Qızılları qoruyan cəngavərlər" haqqında əfsanələr dolaşmaqda idi.  Belə qədim əfsanələrə  Herodotun  qrifonların (samruklar) sak şahlarının qızıllarını qoruması haqqında  yazılarında da rast gəlmək olur.  Altaydakı Sak kurqanlarında (Berel, Pazırık) tapılmış qrifon eksponatları və heykəlləri də bu həqiqəti təsdiq edir.

Metalıın emalı  və dəmirçi sənəti kimi  qədim türk ənənələrini bir çox türk xalqlarının öz məişətlərində yaşatması, nəsil bə nəsil  sonrakı türk xalqlarının da məişətinə keçdi. Məsələn , Altay dağlarının ətəyində yaşayan şor türkləri dəmirçiliyi özlərinin əsas sənət və peşə növü hesab edirdilər. Şorlar metaldan müxtəlif  məmulatlar  hazırlayırdılar və bununla da junqarlara vergi ödəyirdilər. Dağlar qoynunda yaşayan şorları bu gün əbəs yerə Altayın dəmirçiləri adlandırmırlar. (kuznets- dəmirçi deməkdir) Novokuznetsk şəhərinin adı da buradan gəlir. Və bu faktın özü də bir daha sübut edir ki, şorlar dəmirçi olublar. Bu faktların özünü qədim türklərdə metallurgiya və dəmirçilik ənənələrininin nə qədər qədim olduğunu isbat edən bir  nümunə kimi dəyərləndirmək lazımdır.

Dəmirçi dağından Temirtauya qədər

Qeyd etmək yerinə düşərdi ki,  "Dəmir qapı", "Темір қапық" , "Mis dağı" -- "Bakırlık tau","Bakırşak "-- "Misgər", "Темір тау"-- "Dmir dağ",  "Күміс төбе"-- "Günüş təpə"  kimi coğrafi adlar  bu günə kimi  də türkdilli xalqların  coğrafiyasında  qorunub saxlanılıb.  Qazaxıstanın Karkarlin rayonunda  bu toponimə uyğun gələn  "Dəmirçi" dağlarının ətəyi bu gün də  böyük  dəmir yataqları ilə zəngindir. Tam əminliklə demək olar ki,  toponim  dilimizdə qədim dövrlərdən  qorunaraq bu günümzə gəlib çatmaqla yanaşı, həm də  qədim türk ənənlərinin çanlı şahididir.  XIX əsrin axırlarında  Dəmirçi dağlarında ekspedisiyada olan geoloq Q.D Romanov bu ərazilərdə dəmir yataqlarının olduğunu kəşf edir. Nəticədə  Mərkəzi Qazaxıstan regionunun Dəmirçi dağları -- Temirşi- Temirtau yerləşən ərazi nəhəng metallurgiya mərkəzinə çevrildi, və orada məşhur  Temirtau metallurgiya kombinatı tikildi.

Bu gün Temirtau şəhəri bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu yerlərə öz ölkəsi üçün böyük xidmətləri olmuş  çox sayda qazax metallurqları  qayıdaraq, ölkəsinə daha çox xeyir verməyə başladılar. Qazax  etnoqrafiya  tarixindən məlumdur ki,  müxtəlif zaman kəsiklərində  çox  bacarıqlı ustalar metalı əridərək ondan silah, at üçün əşyalar düzəltmiş və  qızıldan və gümüşdən isə bəzək əşyaları yaratmışlar. Məlumdur ki,   "temir" (dəmir"), temirşi" ("dəmirçi"), "darkan" ( nəslin ənənəsini yaşadan ustad") "zərgər" usat, («мастер»), köpük" ( körükçü"), "dükan", nal"  kimi terminlər  və  minlərlə belə adlar qədim dövrlərdən bu günə kimi qazax dilinin lüğətində işlənməkdədir. Bu qədim sənətkarlıq növü  müasir yaddaşımızda və  xalqın  təfəkküründə qədim ənənə kimi formalaşıb.

Qeyd etmək lazımdır ki, dəmirçilik sənəti ilə bağlı olan  dəmirçi dükanı və dəmirçi körüyü və dəmir nal lap qədim dövrlərdən xalq arasında dəmirçilik sənəti ilə bağlı olan bir təsərrüfat növüdür.  Bundan başqa xalqın  folklor nümunələrində də dəmirçilərin həyat tərzini əks etdirən müxtəlif deyimlərə rast gəlmək olur:  "Kömürü havadan alır", "Dəmiri bişirən",  "Ocağı alovlandırma"!  "Çəkiçi nala döyəndə, müqəddəs  Davud köməyimiz olsun". Bu gün   Altay dağlarının o biri üzündə  bizim  qan qardaşlarımız dəmirçilik ənənəsini yaşadıb və davam edirmələri də ürəkaçan bir haldır.

Bütün bunları biləndən sonra istər-istəməz belə bir sual yaranır:  görəsən müasir qazaxlar da "kökləri dəmirdən toxunub"-- atalar sözünə əməl edirlərmi, dəmiri döymə və mədəndən çıxarma kimi sənətkarlıq növünü xatırlayırlarmı, məişətlərində yaşadırlarmı? Bizim uşaqlığımızdakı xatirələrimizdə  alaçıqlarımızın yanındakı at qoşqularının  bağlandığı yerdə nal döymək üçün və dəmir itiləmək üçün dəzgah qalıb. Belə fikirləşirəm ki,  alaçıqlarımızın ətrafında olan o qoşqular, və nal və dəmir itiləyən dəzgahlar yenə də olsun.  Bu gün məişətimizdə onları istifadə etməsək də,  bu simvollar əslində bizim  müqəddəs  evimizin ocağını -odunu qoruyacaq.  Həm də gənc nəsil bu ənənələri görəndə babalarımızdan bizə yadigar qalan metallurgiya sənətinin xalqa məxsus olduğunu unutmazlar.


Darxan Kıdırali,

tarix elmləri doktoru, Qazaxıstan MEA-nın müxbir üzvü

Beynəlxalq Türk Akademiyasının prezidenti

Tərcümə etdi: Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır