Modern.az

Qar uçqununda həlak olan hərbçimiz dəfn olundu - FOTO

Qar uçqununda həlak olan hərbçimiz dəfn olundu - FOTO

14 Aprel 2019, 13:00

Qar uçqununa düşərək həlak olmuş hərbi qulluqçularımızdan birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

 

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hafiz Abdullayev doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində kənd qəbiristanlığında dəfn olunub.

 

Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

 

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

 

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır