Arxiv
19 Aprel 2019, 11:25 | ÖLKƏ
Rəsmi Bakı Ermənistana çağırış etdi

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir”.

 

Bu haqda Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib .

 

 O qeyd edib ki, sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir.

 

“Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz”-deyə L.Abdullayeva əlavə edib.

 

Qeyd edib ki, rəsmi Bakı Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edir.

 

“Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar”.

Qeyd edək ki, Rəsmi Yerevan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər nazirinin iştirakı ilə iki ölkə xarici işlər nazirlərinin Moskva görüşündə Rusiyanın 2016-cı ildəki təkliflərinin müzakirə edildiyi barədə dediklərinə münasibət bildirib.

 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan  deyib ki, görüşün gündəliyi Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşdən dərhal sonrakı birgə bəyanatında dərc olunub.

 

"Birgə bəyanatlar məhz o hədəflə hazırlanır ki, görüşün bütün razılaşdırılmış fikirləri onların yekun mətnində əksini tapsın. Razılaşdırılmış mətnlə ziddiyyət təşkil edən kənar bəyanatların verilməsi qarşılıqlı etibarın möhkəmlənməsinə imkan vermir. Hazırda danışıqlar hansısa bir proqram ətrafında aparılmır. Bundan başqa, danışıqların əsas hissəsi bir-birinin mövqeləri ilə tanışlıq, onların aydınlaşdırılması və dəqiqləşdirilməsi üzərində gedir", - deyə Ermənistan XİN-in rəsmi nümayəndəsi bildirib.

 

O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun dediklərini də təsdiq və ya təkzib etməyib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37 Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq 24 May 2019, 12:36 60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı 24 May 2019, 12:32 Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” 24 May 2019, 12:26 Bakıda daha 6 sosial bina tikiləcək - Güzəştli mənzil almaq istəyənlərə XƏBƏR VAR 24 May 2019, 12:23 Qohum evliliklərindən doğulan uşaqlarda korluq da yaranır - RƏSMİ 24 May 2019, 12:22 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:17 Teatr direktoru Paşinyanı məhkəməyə verdi 24 May 2019, 12:09 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:08 Tağı Əhmədov: “YAP ümumxalq patiyası kimi…” 24 May 2019, 12:05 Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqladı - MÜSAHİBƏ 24 May 2019, 11:50 XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı 24 May 2019, 11:46 Doğum gününüz mübarək, Ramiz Novruz! 24 May 2019, 11:45 DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!” 24 May 2019, 11:40 “Bakı futbolçuları da, qonaqları da qarşılamağa tam hazırdır” – Vitse-spiker 24 May 2019, 11:40 Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq 24 May 2019, 11:33 “Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov 24 May 2019, 11:29 Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA 24 May 2019, 11:18 Sarkisyan yenidən siyasi mübarizəyə qoşuldu 24 May 2019, 11:16 Deputat Fəzail İbrahimli rayonlarda görüşlər keçirdi 24 May 2019, 11:16 Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik” 24 May 2019, 11:14 Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə REAKSİYA 24 May 2019, 10:59 Deputat kəndlərdə sakinlərlə görüşdü 24 May 2019, 10:47 Azərbaycanda spirtli içki istehsalı kəskin ARTIB 24 May 2019, 10:43 Bakıda “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib - Foto 24 May 2019, 10:37