Modern.az

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunun finalı keçirildi 

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunun finalı keçirildi 

22 Aprel 2019, 16:32

Yüksək səviyyədə təşkil olunmuş müsabiqədə 27 şagirdin qalibiyyət sevinci Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə Bakı şəhərində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

 

Modern.az xəbər verir ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən bu müsabiqə illik ekoloji maarifləndirmə proqramına əsasən yaradılıb. Bu il Respublika üzrə 2000-ə yaxın məktəbli arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə iştirak edib.

Müsabiqəsinin yekun mərhələsində 100 şagird finala vəsiqə qazanıb. Məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə maarifləndiriliblər. Üç gün ərzində keçirilən müsabiqə zamanı Azərbaycanın bütün rayonlarından gələn məktəblilər bir-birləri ilə daha yaxından tanış olub, gördükləri iş və təcrübələri paylaşıblar. Onlar həm elmi-praktiki baxımdan, həm də şəhərin gəzməli və görməli yerlərini gəzərək vaxtlarını səmərəli keçiriblər. İştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümünələri paytaxt Bakı şəhərində yekun sərgidə nümayiş etdirdikdə gözlərində qalibliyyət sevinci hiss olunurdu.

İnandırıcı nitqləri ilə münsiflər heyyətinin rəğbətini qazanan məktəblilərdən 27 şagird öz doğma şəhər və rayonlarına böyük nailiyyətlərlə qayıdıblar. Müsabiqə ərzində öz övladlarını müşaiyət edən valideynlər Təhsil Nazirliyi tərəfindən böyük qayğı ilə əhatə olunduqlarını vurğulayaraq onlar üçün yaradılmış şəraitin məmnunluğunu yaşayırdılar. Xaçmaz rayonundan qatılan qaliblərdən biri olan Bayramlı Diananın valideyni həm övladının qalibiyyət sevincini dilə gətirərək , bu musabiqənin onun övladının peşə seçimində xüsusi rolunun olacağına əminliklə vurğulayıb.

İl ərzində böyük həvəslə bəslədikləri şitillərin, heyvanların, otaq bitkilərin qayğısına qalan uşaqlarda humanizm hissini daha da qabarıq hiss etdiklərini söyləyən müəllimlər, uşaqların təkcə maarifləndiklərinə görə deyil həm də asudə vaxtlarının daha səmərəli istifadə etdiklərinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. Bakı şəhərindən məktəbli Səma Balayeva öz müsahibəsində yarış üçün yetişdirdikləri bitkiləri sərgiləyərək yer tutduqlarını bildirdi.

Həmçinin bitkilərin qulluğa ehtiyacı olduğunu və onlara qayğısına qalmağın vacibliyini qeyd etdi. Səma bitkilərin həyat üçün vacib yaşam elementi olduğunu dedi. Qeyd etmək lazımdır ki, Səma müsabiqədə ilk dəfə iştirak etməsinə baxmayaraq nəsli kəsilməkdə olan bitki sortlarını yetişdirərək böyük uğur əldə edib. Müsabiqənin mükafatlandırma mərasimindən dərhal sonra qaliblər öz təəsuratlarını bölüşüb.

Onlar arasında Gəncə şəhərindən məktəblilər Çinarə Əliyeva və Məfruzə Əliyeva müsabiqənin təşkilatçılığının yüksək səviyyədə keçirildiyini, qiymətləndirmənin son dərəcə düzgün aparıldığını, onların burada müsabiqə günlərində istirahətlərinin çox gözəl təşkil olunduğunu, hər şeydən razı qaldıqlarını bildirdilər. Hətta uşaqların burada daim qalmaq istəklərini də bildiriblər. Bu müsabiqənin şagirdlərin yeni-yeni ideyalarının gerçəkləşməsi üçün bir addım olacağını vurğulayan müəllimlər, növbəti illərdə də uşaqların böyük məmnuniyyətlə qatılacaqlarını söyləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır