Modern.az

Formula 1-də ikinci sərbəst yürüş başladı

Formula 1-də ikinci sərbəst yürüş başladı

Aktual

26 Aprel 2019, 17:00

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.

Modern.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda iştirak edir.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Çarles Lekler, “Williams”ın heyətində Corc Russell və Ronert Kubitsa yarışırlar.

“Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”də Antinio -Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarını təmsil edirlər.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Xatırladaq ki, bundan əvvəlki sərbəst yürüş qəza səbəbindən ləğv olunmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi