Arxiv
27 Aprel 2019, 12:19 |
Uruqvaydan bəyanat: Dağlıq Qarabağın müstəqilliyini tanımırıq

Bu il aprelin 26-da Uruqvayın Xarici Əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov arasında görüş keçirilib. 

 

XİN-dən Modern.az-a verilən məlumata görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ki, ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.

 

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay Xarici Əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.

 

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma “xarici işlər nazirinin” Uruqvaya səfəri məsələsinə gəldikdə isə, Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb. Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Dağlıq Qarabağdakı separatçı rejimi tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb.

 

Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuat məlumatı yayıb.

 

Azərbaycan səfirinin həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Görüş nəticəsində Uruqvay Baş Assambleyası (parlament) rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağdakı separatçı rejimi tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib.

 

Səfir Rəşad Aslanov Uruqvayın keçmiş Prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan bu görüşdə sabiq dövlət başçısı münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12