Modern.az

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan görüşə bilər

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan görüşə bilər

Aktual

14 May 2019, 00:44

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş Naziri Nikol Paşinyanın Brüsseldə qısa görüşü keçirilə bilər.

 

Modern.az saytı "Sputnik Ermənistan"a istinadən bildirir ki, “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibəti ilə keçirilən tədbir çərçivəsində iki ölkə liderlərinin görüşü istisna edilmir.

Paşinyanın mətbuat katibi Vladimir Karapetyan deyib ki, Azərbaycan rəhbəri İlham Əliyevlə bu haqda razılığa gəlinməyib.

 

Bununla belə qeyd edib ki, yaxın günlərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 ölkə liderinin çıxış edəcəyi tədbirdə İlham Əliyevlə Nikol Paşinyan görüşə bilər. 

 

“Əminəm ki, hər iki lider arasında ünsiyyət olacaq. Amma hansı formatda - bu barədə məlumat verə bilmərəm” – Karapetyan bildirib.

 

Qeyd edək ki,  Prezident İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gedib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?