Modern.az

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?  

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?  

Hadisə

18 May 2019, 13:28

Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov  erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

Kürdoğlu Əsgərov bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.

 

Şikayətçi şəxs məqsəd kimi də icra hakimiyyətinin  torpaq sahəsinin külli miqdarda pul qarşılığında türk şirkətlərinə satmaq niyyətinin olduğunu bildirir.

 

Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti mətbuat xidmətinin rəhbəri Elgün Seyidov Modern.az-a danışıb.

 “Əvvəlcə onu bildirim ki, şikayətçi olan şəxsin ailəsi Şəmkir rayon İcra Hakimiyyətinin hər zaman diqqət mərkəzindədir. Məsələ  bundan ibarətdir ki, imzalanan müqavilənin vaxtı başa çatıb.

 

Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyəti həmin torpaq sahəsinin həmin şəxsə və ya başqalarına icarəyə verməsi üçün aidiyyatı qurumlara məsələn,  Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayır. 

Qeyd etdiyim bəzi qurumlardan müqavilənin yenilənməsi ilə bağlı etiraz gəlib. Lakin icra hakimiyəti müraciət ünvanlayıb. Ərazinin satılması ilə bağlı xəbər də tamamilə yalnışdır”.

 

Modern.az isə məsələ ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, Azərbaycandan Gürcüstana çəkilən yeni yolun Şəmkirdən keçən hissəsindən icra başçısı külli miqdarda pul qazanmaq istəyir. 

O, rayonda xammal ərazilərini ələ keçirmək niyyətindədir. Məqsədi isə budur ki, asfaltın alt qatının təminatı həmin xammal hesabına təmin edilsin. 

K.Əsgərovun da torpağı icra başçısının həmin məqsədinin güdazına gedib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir