Modern.az

“Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO

“Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO

18 May 2019, 16:03

Mayın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, tərcüməçi Ənvər Rzanın anadan olmasının 80 illiyinə həsr olunmuş “Nə yaxşı görüşdük, nə yaxşı yenə” adlı tədbir keçirilib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə tanınmış şairin ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.


Sonra İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun bu yubileyə ünvanladığı məktubu birliyin sədr müavini Həbib Misirov oxuyub.
Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tələbəlik yoldaşı Ənvər Rza ilə bağlı xatirələrini bölüşüb, onun gözəl şairlik qabiliyyəti ilə yanaşı, tərcüməçilik, alimlik fəaliyyətini diqqətə çatdırıb.


Tədbirdən videonu təqdim edirik.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub