Modern.az

Goranboyun başçısı kümçülərlə görüşdü

Goranboyun başçısı kümçülərlə görüşdü

24 May 2019, 15:40

 

Goranboy rayonunda  kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir.



Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində zəruri işlər görülür.



Ötən il  rayonda 9 ton 807 kiloqram barama istehsal edilmişdir. Bu əvvəlki ildəkindən  7 min 637 kiloqram çoxdur. Bu il isə 375 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 250 kümçüyə paylanmışdır. Cari ildə rayonun 47 yaşayış məntəqəsində ipəkqurdu bəslənir. Kümçülərin 15 ton barama istehsal edəcəyi gözlənilir. Goranboy rayon İcra                                              Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 24 may 2019-cu il tarixdə kümçülərlə görüşmüş, ipəkqurdunun saxlanma şəraiti ilə yaxından tanış olmuş kümçülərə lazımı köməkliklərin göstərilməsi ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verib.

 


Kümçülər onlara əvəzsiz olaraq ipəkqurdu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü