Modern.az

AZAL ABŞ-a uçuşları dayandırır

AZAL ABŞ-a uçuşları dayandırır

Aktual

1 İyun 2019, 11:49

Azərbaycan Hava Yolları Şirkəti (AZAL) ABŞ-a uçuşları dayandırır.

 Bu haqda AZAL-dan Modern.az-a verilən açıqlamada bildirilib.

 

Qeyd olunub ki, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, Milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib: 

 

"Bu səbəbdən, AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb. Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.
 

Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik”-deyə AZAL bəyan edib.
 

Qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir.

 

“Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar"-deyə bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir