Modern.az

Nazir şəhid övladları ilə görüşdü – VİDEO + FOTOLAR

Nazir şəhid övladları ilə görüşdü – VİDEO + FOTOLAR

Aktual

1 İyun 2019, 18:01

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzində şəhid övladları üçün tədbir təşkil olunub.

 

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilib.

 

Nazir Ramin Quluzadə  şəhid ailələri, övladları ilə görüşüb, onlarla söhbət edib.

 

Ramin Quluzadə Modern.az-a açıqlamasında bildirib ki, şəhid ailələri, övladları hər zaman Nazirliyin diqqət mərkəzindədir. Nazir bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyini qeyd edib.

 

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri tədbir təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı