Arxiv
12 İyun 2019, 11:57 | QARABAĞ
Qarabağda müharibə RİSKİ: “Azərbaycan həmin obyektlərin ətrafını vursa…”

Son günlər cəbhə xəttində erməni tərəfinin təxribatları artıb. Bu durum may ayının 30-u Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Omarovun şəhid olmasından sonra daha çox hiss edilməyə başlayıb.

 

İyunun 9-da isə cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov şəhid olub.

 

Cəbhədəki vəziyyətin gərginləşməsinin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə necə təsir edəcəyi isə sual altındadır.

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a deyib ki, danışıqların olub-olmaması vəziyyətə təsir baxımından o qədər də vacib deyil.

 

  • Zülfüqarovun fikrincə, Ermənistan rəhbərliyi real danışıqlar prosesini tam şəkildə pozur:
  •  

    “Hətta atəşkəs rejiminə aid razılaşmalar açıq şəkildə pozulub. Deməli, onlar bilərəkdən sülh istəmirlər. Ermənistan fərqli yolu – müharibəni seçib. Düşmən daxildə olan qarşıdurmanın qarşısını almaq üçün müharibəyə can atır. Nikol Paşinyan sonuncu dəfə Qarabağda olarkən əvvəlki rəhbərlərin tərəfdarlarına qarşı sərt addımlar atıb. Nəticədə siyasi böhran baş verib. Bunun qarşısını almaq, müharibə vəziyyətini bərpa etmək, xarici düşmən formalaşdırmaq Paşinyan üçün vacibdir.  Baş nazir başa düşür ki, onu Rusiya tərəfindəki müxalif qüvvələr  dəstəkləyir. Paşinyan və onun tərəfdarları inanmırlar ki, Rusiya tərəfi torpaqların ermənilərdə qalmasına təminat verəcək. Ermənistan cəmiyyətində belə fikir yaranıb, müharibə başlasa, rəsmi Moskva  Ermənistana yardım etməyəcək. Bu cür inamın formalaşması erməni rəhbərliyinə imkan verir ki, qərbyönümlü siyasəti seçsin”.


    Eks-nazir bildirib ki, Nikol Paşinyan ictimaiyyəti çaşdırmaq üçün manevr edib, əvvəlcədən “Qarabağ klanı”nı ittiham edir, müharibənin başlamasında onları günahlandırır.


    “Əslində isə hərbi əməliyyatların başalması Paşinyan qruplaşmasının xeyrinədir”.

     

    Politoloq Qabil Hüseynli isə düşünür ki, danışıqlar prosesi artıq alt-üst olub:

     

    “Erməni rəsmilərinin son bəyanatları danışıqların predmetinə zərbə vurur. Düşmən tərəf iddia edir ki, hər hansı torpağın qaytarılması danışıqların müzakirə mövzusu ola bilməz. Ermənilər bu cür mənasız bəyanatlarla vaxt udmağa çalışırlar.

     

    ATƏT-in Minsk qrupunun fəaliyyətində sanki pauza yaranıb. Ermənilər isə danışıqlarda bir növ özlərini naza qoyublar. Hazırkı proseslər sübut edir ki, başqa çıxış yolu yoxdur, söz ordunundur. 20 minlik şəxsi heyətlə müharibənin başlamasını nəzərdə tutmuram. Lokal toqquşmalar şəklində cəbhə xəttində vəziyyət dəyişə bilər. Biz bilməliyik ki, müharibəsiz öz niyyətimizə çata bilməyəcik, torpaqlarımızı qaytarmayacağıq. Mən düşünürəm ki, yerli əhalidən ibarət hazırlıqlı partizan qruplarının düşmənin daxilinə göndərilməsi müsbət rol oynaya bilər. Düşmənə zərbə vuracaq mövqelər seçməliyik. Məsələn, Sərsəng su anbarı Dağlıq Qarabağın canıdır. Ordumuz isə Sərsəng su anbarının 4-5 kilometr aralığındadır. Ona görə, həmin obyektlər ətrafında həyata keçirilən əməliyyata heç kim qarışa bilməz. Bu metodu tətbiq etsək, Qərb dövlətləri də işimizə qarışa bilməz. İstənilən halda danışıqlar məsələsi bu gün gündəmdə deyil”-deyə Q.Hüseynli qeyd edib.

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilot xanımı - DOSYE 25 Avqust 2019, 11:37 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31