Arxiv
12 İyun 2019, 13:27 | AKTUAL
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür - Deputat

Elçin Quliyev,

Milli Məclisin deputatı

 

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

 

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

 

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı.

 

Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gecə yuxu görən qadın üzüyünü uddu - FOTO 16 Sentyabr 2019, 16:16 Nazir müavini: “Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır” 16 Sentyabr 2019, 16:02 “Tarixlərin ən yaxşısı” nəşrə hazırlanır 16 Sentyabr 2019, 15:55 Müsavatın qurultayının vaxtı bilindi 16 Sentyabr 2019, 15:54 Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni təhsil ocaqları istifadəyə verilib 16 Sentyabr 2019, 15:53 Putin və Ruhani Türkiyədə 16 Sentyabr 2019, 15:49 Konqoda Eboladan ölümlər davam edir: ölənlərin sayı 2 minə çatdı 16 Sentyabr 2019, 15:42 6 rayonda güzəştli gübrə satılacaq 16 Sentyabr 2019, 15:38 Azərbaycanın ən çox alıb-satdığı mallar, ticarət etdiyi ÖLKƏLƏR 16 Sentyabr 2019, 15:35 Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir” 16 Sentyabr 2019, 15:22 “Rusiya istəsə də dollardan imtina edə bilməz” 16 Sentyabr 2019, 14:49 Bakıda binaların dam örtüyü dəyişdirilir 16 Sentyabr 2019, 14:44 UNİCEF-in Azərbaycan üzrə rəhbəri Goranboyda 16 Sentyabr 2019, 14:38 Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir   16 Sentyabr 2019, 14:29 5 Xəzəryanı ölkənin səlahiyyətli mümayəndəsi Bakıda toplaşacaq 16 Sentyabr 2019, 14:22 Bakı Mühəndislik Universitetində yeni dərs ili - FOTOLAR 16 Sentyabr 2019, 14:12 Ceyhun Bayramov Qubanın kəndində məktəbin açılışında   16 Sentyabr 2019, 14:06 “Bu il Azərbaycanda üzüm ötənilkindən baha olacaq” - RƏSMİ 16 Sentyabr 2019, 14:01 Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ 16 Sentyabr 2019, 14:00 “Qarabağ” - “Sevilya” oyununu bu hakimlər İDARƏ EDƏCƏK 16 Sentyabr 2019, 13:52 İlham Əliyev: “Azərbaycan-Türkiyə tərəfdaşlığı son illər daha da möhkəmlənib” - YENİLƏNİB 16 Sentyabr 2019, 13:48 Qarabağ Universiteti Bərdədə açılacaq? - Deputat: “Bakının yükü azala bilər” 16 Sentyabr 2019, 13:41 Lənkəranda dayısını öldürən bacıoğlu və dostları tutuldu 16 Sentyabr 2019, 13:33 AzTV loqosunu DƏYİŞDİ – FOTO 16 Sentyabr 2019, 13:23 Özbəkistan Türk Şurasına üzv oldu - Azərbaycan bəyanat verdi 16 Sentyabr 2019, 13:19 Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdi 16 Sentyabr 2019, 13:16 Leş axtaranlar... 16 Sentyabr 2019, 13:13 Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır 16 Sentyabr 2019, 13:11 “Azərbaycanın Dostları” adlı sosial şəbəkə istifadəyə verilir 16 Sentyabr 2019, 13:08 Tədris ilinin ilk dərsləri  16 Sentyabr 2019, 13:03 Sabah 31 dərəcə isti olacaq - HAVA PROQNOZU 16 Sentyabr 2019, 12:54 2020-ci ilin büdcə layihəsi: Nə, necə dəyişir? 16 Sentyabr 2019, 12:50 Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39 Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir   16 Sentyabr 2019, 12:36 5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR 16 Sentyabr 2019, 12:36