Arxiv
12 İyun 2019, 16:05 | AKTUAL
Ekologiya Nazirliyi meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

Meşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub.

Modern.az-ın məlumatına görə, bunu ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

 

Onun sözlərinə görə, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranma nəticəsində baş verir:

 

"Havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümü ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır".

A.Qaraşov bildirib ki, meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılmalıdır.

 

2019-cu ildə meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kub metr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb.

İlk növbədə oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir.

Rayon icra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun verilir:

 

"Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud təlabatın çox cuzi bir hissəsini təşkil edir. Ümumiyyətlə meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə edilsin".

 

Nazirlik rəsmisi bunu da deyib ki, ETSN və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış Milli Meşə Proqramının yaxın günlərdə ictimai dinləməsi keçiriləcək.

 

Milli Meşə Proqramının hazırlanmasında məqsəd meşə təsərrüfatlarının idarə edilməsi, hökumətin meşə siyasətini sürətli struktur dəyişiklikləri ilə reallaşdırmaq, institutsional və hüquqi bazanın inkişafı üçün təhlillər aparmaq və meşələrdən əhalinin davamlı istifadəsi üçün şərait yaratmaqdır. Milli Meşə Proqramı 2020-2025-ci illəri əhatə edəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücülər dizel yanacağından narazıdır: “Malımız da gedir, pulumuz da” 23 Sentyabr 2019, 15:31 Bu günədək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb 23 Sentyabr 2019, 15:17 Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21