Arxiv
15 İyun 2019, 11:39 | QARABAĞ
Xosrov bəyin, Sultan bəyin incik ruhlarına vicdan borcumuz... - MÜSAHİBƏ

Laçın tək təbii sərvətləri, təbii gözəllikləri ilə xatırlanmır. Laçın deyiləndə həm də xalqı qarşısında gördüyü vətənpərlik işlərinə görə dəyərini 100 il bundan öncə alan və indi də xalq qəhrəmanı hesab edilən Sultanov qardaşları da yada düşür. Laçından danışıb belə qeyrətli oğullardan bəhs etməmək günah olar. Elə bu məqsədlə də bu gün bu möhtəşəm nəslin bir nümayəndəsi olan, Laçında Mehman həkim kimi tanınan hörmətli bir kişinin oğlu- İlqar Mahmudovgilə qonaq gəlmişik. İlqar da bizə nəslindən-kökündən, onların xalq arasında artıq əfsanələrə çevrilmiş, hər kəsin fəxrlə söylədiyi hadisələrdən, olmuş əhvalatlardan, xüsusən, babası Rəşid bəydən eşitdiyi maraqlı məlumatlardan danışır:

- Ümumiyyətlə, Xosrov bəy, Sultan bəy haqda elə faktlarım var ki, onlar heç yerdə dərc edilməyib. Bunu Rəşid babamın, Leyli nənəmin dilindən eşitmişəm. Gəl, əvvəlcə nəslimiz-şəcərəmiz haqqında balaca bir məlumat verim, sonra babamın danışdıqlarını söyləyərəm.
Deməli, Xanmurad bəyin oğlanlarının birinin adı Paşa bəy (Əlipaşa), digərinin adı isə Mahmud olub. Bu qardaşların anasının adı Ağapəri olub. Paşa bəy əvvəlcə Bəyim xanımla ailə qurub. Bəyim xanımdan Sultan bəy, İsgəndər bəy, Xosrov bəy, Rüstəm bəy və Aftab xanım dünyaya gəlib. Bir müddət sonra Paşa bəy Seyid Mirəzizin qızı Ağaxanımla da evlənir. Ağaxanımdan Bahadur bəy, İsrafil bəy, Zülü bəy, Ziba xanım və Məhbub xanım dünyaya gəlib. Mahmud bəyin oglanları Xıdır, Rəşid, Behbud, Hüsü olub.
Rəşid babam gənc yaşında Sultan bəyin qoşununda yüzbaşı olub. Bizim nəsil Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında doğulub. Orda qayım-qədim olublar. Bu nəsil-kök Zəngəzur qəzasında xüsusi hörmətə və nüfuza sahib idilər. Maddi imkanları da yaxşı olub, zəngin hesab ediliblər. Böyüklərimizin dediyinə görə, Qafan mis mədənlərinə, Bərgüşad çayının axarı boyu əkin sahələrinə, Çalbayır maldarlıq mülklərinə sahibiydilər. Onların Kürdhacıda yağ-pendir zavodu vardı. Üstəlik meşə ağaclarindan taxta istehsal edib xaricə satırmışlar.

- Bildiyimizə görə, o vaxt hər bəyin qoşunu-ordusu olmadığı halda Sultanbəyovların qoşunu da varmış..

- Yox, nə qoşun? Sadəcə, Sultanbəyovlar nəsli mülklərini mühafizə etmək məqsədi ilə çox da böyük olmayan süvari dəstə saxlayırmış...
1905-ci il erməni-müsəlman qarşıdurması zamanı bu atlılardan və könüllülərdən ibarət dəstələrdən birinə Sultan bəyin atası Paşa bəy başçılıq edirdi.1918-ci ildə yenidən qızışan erməni-müsəlman davasında Sultan bəyin başçılıq etdiyi həmin könüllü dəstələr bölgədəki kəndlərin mühafizəsində xalqın yeganə pənahı olub.Onlar Zabux dərəsində mühasirəyə alınan Andronikin dəstəsinin əsas hissəsini məhv edib, Qaragöl ətrafında toplanan yüzlərlə erməni silahlısınını məğlubiyyətə uğradıblar. 600 ermənini isə əsir götürüblər. Həmçinin, Zəngəzurda onlarla kəndi də erməni silahlılarından təmizləyibər.


- Sənədlərdə adı çəkilməsə də, Zabux döyüşünə Sultan bəyin rəhbərlik etdiyi məlumdur. Səhv etmirəmsə, Zabux dərəsindəki məğlubiyyətdən sonra Andronik bir daha özünə gələ bilmir. Tarix elmləri doktoru, professor Xəqani Məmmədov Andronikin sonrakı taleyi haqqında yazır ki, Qarabağın qubernatoru Xosrov Paşa bəy Sultanovun qətiyyətli mövqeyi və tədbirləri nəticəsində Andronik 1300 nəfər piyadadan, 500 nəfər süvaridən və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçdı.


- Bu bizim xalqımızın qəhrəmanlıq salnaməsidir. Xalqımız Sultanovlarla 100 ildir öz qəhrəman kimi fəxr edir. Həmin illəri xatırlayan, Rəşid babamın xanımı Leyli nənəm danışırdı ki, Qızıl Ordunun əsgərlərı Laçına girəndə Sultan bəy dəstəsinin adamları ilə həm onlarla daglarda vuruşur, həm də, arvad- uşagı fərqli-fərqli yerlərdə gizlədirdi ki düşmən əlinə keçməsin: “Bir dəfə Qırxqıza yaxın kahada gizlənmişdik. Oğlum Pirhan (mənim böyük əmim-İlqar) qundaqda qucagımda idi və qəflətən agladı. Sultan bəy mənə acıqlandı ki, o uşagın səsini kəs! Neylədim, uşaq kirimədi. Əlimlə agzını yumdum (ruslar səsi eşidib yerimizi aşkarlaya bilərdi). Bunu görən bəy yaxlnlaşıb mənə bir sillə vurdu, Pirhanı qucagımdan aldı. Asta səslə uşağa layla dedi. Uşaq sakit-sakit baxdı və sonra dərin bir yuxuya daldı. Bəy uşağı mənə verəndə dedi ki, sənə demədim, uşagı bog öldur, dedim yatızdır, yedizdir, nə edirsən et, susdur”.

- Bayaq sözarası dedin ki, Rəşid baban gənc yaşında Sultan bəyin qoşununda yüzbaşı (100 nəfərlik hərbi dəstəyə başçılıq edən. XIV–XIX əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş hərbi rütbə və inzibati vəzifə) olub.

- Rəşid babama “boz atlı Rəşid” deyərmışlər. O, danışırdı ki, ermənilərlə dava gedirdi. Soltan bəy dedi ki, Rəşid atlılardan bir neçəsini götür çıx, Yarma qayasının ətrafını yoxla.
“Yarma qayasına qalxanda uzaqdan bir qadının uzandıgını və yanında bir küçüyə oxşayan nəsə eşələndiyini sezdim. Çatanda gördüm ki, türk qadını ermənilər öldürüb, döşünü də kəsib veriblər körpəsinin əlinə. Körpə də qan üzünə bulaşa-bulaşa əlindəki döşü əmir. Uşagı aldım qayıtdım. Sultan bəyə gördüklərimi danışdım. O, əlləri ilə başını tutdu və dedi ki, “bunların kökünü kəsməsək, biz kişi deyilik”. Aradan bir müddət keçdi. Bir dəfə Şuşada idik. Qəflətən çar ordusunun əsgərləri Xosrov bəyin yaxınlarından-nəslindən ibarət olan 50 nəfəri həbs edib, Qala qazamatına yığdılar. Çaş- baş qaldım ki, əmim oglu bizi niyə türməyə doldurdu, bir az keçəndən sonra bizə yemək gəldi, baxdım ki, yemək bəy xörəyi kimi gəldi.Yəni bizə dustaq kimi baxılmır.O dəqiqə düşündüm ki, burda nəsə var. Düzü bir az rahatladım. Az sonra Xosrov bəy özü də gəldi dedi ki, bu gecə Şuşa və Şuşa ətrafındakı ermənilərə hücum edəcəyik. Sizi ona görə bura yığdım ki, dediyimi biriniz ağzınızdan qaçırıb, arvadınıza, yaxud başqa birinə deməyəsiniz! Çarın adamlarının qulagına çatsaydı, əməliyyat pozulardı. O gecə Şuşa və Şuşa ətrafı kəndlərdə bir nəfər də olsun daşnakçını salamat buraxmadıq”.


- İlqar, Qarabağ müharibəsində iştirak etmisən, döyüşmüsən. Fikrincə, niyə bu dəfə də ermənilərə qalib gəlmədik?


- Bunun o qədər səbəbləri var ki... Amma bir dəfə Laçın alayının sabiq komandiri Arif Paşayevin bir müsahibəsini oxudum. Deyir ki, niyə torpağı qoruya bilmədik yanaşması doğru deyil: “Niyə qorumağa qoymadılar? Niyə Laçın alayını 30 aprel 1992-ci il tarixli əmrlə ləğv etdilər?! Niyə Laçına kömək göstərmək əvəzinə, Nazirlər Kabineti 12 may 1992-ci il, Laçını evakuasiya elətdirdi?! Hər bir rayon öz taleyinə buraxılmışdı. Amma görəndə ki, bu cür çətinliklərdə yerli müdafiə qüvvələrinin mübarizə əzmini qıra bilmir, onda aprelin 30-da Laçındakı hərbi hissəni ləğv elədilər. Ora yeni rəhbərlik göndərildi. İndi bunun bəlasını çəkirik. Laçınlılar kifayət qədər döyüşdülər. Və bu gün də Azərbaycanın tarixində ən şərəfli yer tutan insanlardır”.
Mənim heç vaxt yadımdan çıxarmaram, Laçın alayıla, Şuşa batalyonu eyni gündə ləğv edildi. Bəli, Laçın xəyanətin qurbanı oldu.

- Ən böyük arzun nədir desəm...

-  Turş su bulağından su içmək, “Çalbayır” yaylağında bir gecə alaçıqda yatmaq, “Nərdivan” dağının zirvəsinə qalxıb “Qızıl qaya”ya tamaşa etmək, “Əriməz”də yayın qızmar çağında qarın altından boy verən bənövşəni dərmək, “Qonaq görməz”də əlin çatacaq qədər alçaqda süzən buludları seyr etmək, min bir dərdin dərmanı olan Minkənd istisuyunda çimmək, ucqar bir kənddə bircə gecə qonaq qalmaq... Day buna arzu-istək adı qoya bilmirəm. Bu ruhumun, vicdanımın tələbidir! Vücudumun o torpağa basdırılması tələbatıdır! Döyüş istəyirəm, müharibə istəyirəm! Nə qədərki əlim silah tutur... Hazıram! Döyüşə hazıram!


Əntiqə Rəşid 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13