Modern.az

“University Foundation Center”də buraxılış gecəsi - VİDEO

“University Foundation Center”də buraxılış gecəsi - VİDEO

Aktual

19 İyun 2019, 14:15

İyunun 18-də “University Foundation Center”in (UFC) ingilis, fransız və italyan departamentlərinin tələbələrinin beşinci buraxılış gecəsi və tələbələrə “Foundation” proqramının başa çatdırılması barədə sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, UFC tələbələri təhsil proqramını uğurla başa çatdırandan sonra bakalavr və magistr dərəcələri almaq üçün Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, İsveçrə, Almaniya və Kanada universitetlərinə qəbul ediliblər.

 

“Foundation” UFC məzunlarının təltif edilməsi mərasimində Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Kroft, təhsil nazirinin müavini Firudin Qurbanov azərbaycanlı tələbələri diplomlarla təltif ediliblər.

 

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, ötən 5 il ərzində “University Foundation Center” böyük uğurlar qazanıb. Diplomat ali məktəblərə qəbul olunmuş tələbələri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkəmizdə milli təhsil sistemi formalaşıb, lakin bununla bərabər bu sahədə dünya təcrübəsindən istifadə edirik. Ona görə “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası” təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramı” çərçivəsində 3500-dən çox tələbə dünyanın aparıcı tədris müəssisələrində təhsil alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır