Modern.az

Deputat Elşad Həsənov seçicilərini qəbul etdi

Deputat Elşad Həsənov seçicilərini qəbul etdi

19 İyun 2019, 14:50

Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçiciləri qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif səpkili mövzulara toxunublar. Qəbulda əsasən məşğulluq, sənədləşmə, sosial yardım kimi məsələlər barədə söhbət gedib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov müraciət və təklifləri qəbul edib.

 

Qəbul zamanı millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib. Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi araşdırılması üçün nəzarətə götürülüb

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır