Arxiv
20 İyun 2019, 11:45 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar - Cümhuriyyət dövründə Bakıya köçmüş Vasili Nikolski...

Modern.az saytı bu gündən “Tarixdə iz qoyanlar” adlı rubrikaya start verir.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Azərbaycanın görkəmli opera ifaçılarından biri olan Vasili Alekseyeviç Nikolskinin səhnəyə gəlişi bir çox vokal ustaları kimi sovetləşmədən öncəyə  təsadüf edib.

              
O, 1882-ci ildə Rusiyanın Vladimir quberniyasının Şuya adlı vilayət şəhərində, kiçik qulluqçu ailəsində doğulmuşdu. 1898-ci ildə üçillik şəhər peşə məktəbini bitirdikdən sonra dəmiryolu idarəsində əvvəlcə teleqrafçı, daha sonra katib vəzifələrində işləyir. Vasili Alekseyeviçinən böyük arzusu mühəndis olmaq idi. Ancaq bir təsadüf nəticəsində V.A.Nikolskinin  gözəl səsə malik olduğu üzə çıxır. Onun səsini dinləyən məşhur bəstəkar və dirijor Mixail Mixailoviç İppolitov-İvanov gənc Vasiliyə sənədlərini özünün professoru olduğu Moskva Konservatoriyasına verməsini məsələhət görür.              
Vasili Nikolski eyni vaxtda hər iki ali məktəbə - Ali Texniki Peşə Məktəbinə və Moskva Konservatoriyasına qəbul olunur. Ancaq sonradan inqilabi solçu dərnəklərin işində iştirak etdiyi üçün Ali Texniki Peşə Məktəbindən qovulur. Moskva Konservatoriyasında isə professor M.M. İppolitov-İvanovun həyat yoldaşı professor Varvara Mixailovna Zarudnayanın vokal sinifində təhsilini davam etdirir.   
            
Konservatoriyanı  müvəffəqiyyətlə bitirdikdən sonra gənc istedada Moskva operasında işləməyi məsləhət görürlər. Moskva Xalq Evi (Moskva operası belədə adlanırdı) səhnəsində uğurlu debütündən sonra bir neçə mövsüm imperiyanın ən güclü opera teatrlarında – Odessa, Kiyev, Tiflis, Yekatrinburq  səhnələrində çalışan Vasili Nikolski bir çox görkəmli rejissor, dirijor və vokalçılardan opera sənətinin incəliklərini öyrənir. Öz üzərində daim  yorulmadan çalışan V.A.Nikolski  bu müddət ərzində (1908 – 1919) İvan Susanin, Borus Qodunov, Qalitski, Mefistofel, Dodon, Qoçubey, Sen-Bra, Don Bazilio, Nilokanta kimi 80-dən artıq möhtəşəm partiyaların mahir  ifaçısına çevrilir.   
           
Opera janrı Bakı əhalisinin musiqi zövqünə heç vaxt yad olmayıb. Bu səbəbdəndir ki, kütlənin opera sənətinə olan marağı onun parlaq gələcəyindən xəbər verirdi. Ümumiyyətlə, XIX əsrin sonlarından başlayaraq Bakının qaynar həyatında teatrın öz yeri vardı. Şəhərə təşrif buyuran truppalar və artistlər sakinlərin musiqili tamaşalara münasibətindən çox razı qalırdılar. Qeyd etmək lazımdır ki, Bakı səhnəsində bir çox səs ustaları, o cümlədən, Fyodor Şalyapin, Nikolay Fiqner, Yevgeniya Mravina, Anton Sekar-Rojinski, Aleksandr Uluxanov kimi opera dahiləriçıxış ediblər.      
        
Bu ustalardan biri olan Vasili Nikolski 1919-cu ilin sonlarında Bakıya gəlir. O, Azərbaycan Demokratik Respublikası höküməti tərəfindən təsis olunmuş Dövlət Teatrının səhnəsində oynanılan opera tamaşalarında partiyalarla çıxış edir. Kifayət qədər sanballı səhnə təcrübəsinə malik olan rus vokal ifaçısı respublikanın sovetləşməsindən sonra burada qalıb işləməyi qərara alır. Sonralar məhz, onun simasında Bakı operası möhtəşəm səhnə ustası, görkəmli vokalçı və dramatik obrazların parlaq yaradıcısını tapır.              

1923-cü ildə milli opera səhnəsində ilk dəfə fransız bəstəkarı Kleman Leo Delibin məşhur “Lakme” operası Azərbaycan dilində oynanılır. Tamaşada Vasili Nikolski ona heçdə yad olmayan Nilokanta partiyasını ifa edir. Çıxış uğurlu alınır və bu ifadan sonra istedadlı səs ustası Azərbaycanca səhnəyə qoyulan bir çox opera tamaşalarında iştirak edir. Onun Bakı teatrının səhnəsində Reynqold Qliyerin “Şahsənəm” (Bəhram bəy), Üzeyir Hacıbəyovun “Koroğlu” (İbrahim xan), Müslüm Maqomayevin “Nərgiz” və “Şah İsmayıl” (Həsən kişi və Aslan şah) kimi operalarında ifa etdiyi azərbaycanca partiyalar hər dəfə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan incəsənətini bütün ittifaqda layiqincə təmsil edən Vasili Alekseyeviç Nikolski 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də iştirak etmişdir.
Onu da qeyd etmək istərdik ki, dövlət tərəfindən müxtəlif orden və medallar ilə təltif olunmuş Vasili Alekseyeviç Nikolski hələ 1934-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdü.      
        
Yüksək tembrli geniş səs diapazonuna sahib olan V.Nikolski keçən əsrin 20-ci və 30-cu illərində formalaşmaqda olan Azərbaycan operasının əvəzolunmaz səs ifaçılarından bir idi. Təxminən otuz il ərzində qırxa yaxın partiyanı ifa edən görkəmli vokalçı milli səhnəmizin Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Sona Hacıyeva, Fatma Muxtarova, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Məhəmmədhənifə Terequlov kimi bir sıra ustad sənətkarlar ilə çiyin-çiyinə çalışmışdı.              

Vasili Alekseyeviçin vokal yaradıcılığında pedaqoji fəaliyyətin özünəməxsus yeri olmuşdur. Görkəmli opera ustasının zəngin səhnə təcrübəsindən yararlanmaq üçün konservatoriyaya yenicə rektor təyin olunmuş dahi bəstəkar Üzeyir Hacıbəyov onu vokal kafedrasına işləməyə dəvət edir. V.Nikolski 23 il ərzində (1939-1962) bu musiqi məbədində əvvəlcə məsləhətçi, daha sonra müəllim olaraq çalışıb.           
   
Bir çox sənət adamı kimi Vasili Nikolskinin də ailəsində onun yolunu davam etdirən bir övladı vardı. Olqa Vasilyevna Nikolskaya 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinifini bitirib. Üzeyir Hacıbəyov və Boris Zeydman kimi dövrünün musiqi bilicilərindən bəstəkarlıq sənətinin sirlərini öyrənmiş O.Nikolskaya çoxlu simfonik əsərlərin, mahnı və romansların müəllifi olub. O, bir sıra rus-sovet şairləri ilə yanaşı, Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli və Molla Pənah Vaqifin də  yaradıcılığına müraciət edərək, müxtəlif musiqi nümunələri yaratmışdır. Bülbül adına Musiqi Məktəbinin müəllimi işləmiş Olqa Nikolskaya 1964-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb.              

Ömrünün yarım əsrdən çox bir dövrünü Azərbaycan və sovet vokal sənətinin inkişafına həsr etmiş Vasili Alekseyeviç Nikolski 3 aprel 1967-ci ildə Bakı şəhərində vəfat edib. 
               
Sonda onu da qeyd etmək lazımdır ki, Azərbaycan incəsənətinin inkişafında xidmətləri olmuş Nikolskilərin həyat və yaradıcılığına aid sənədlərin bir qismi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində də qorunmaqdadır.              

                                  

Cavid MƏMMƏDLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş nazir jurnalistləri təbrik etdi: “Keşməkeşli yol keçən Azərbaycan mətbuatı... 22 İyul 2019, 16:08 “AzerTelecom” “Microsoft”un rəsmi tərəfdaşı oldu 22 İyul 2019, 15:58 Jurnalistlərin Daxili İşlər Nazirliyi qarşısında aksiyası – RƏSMİ 22 İyul 2019, 15:39 Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17