Modern.az

Eks-prezidentin toxunulmazlıq statusu ləğv edildi

Eks-prezidentin toxunulmazlıq statusu ləğv edildi

21 İyun 2019, 09:08

Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qanun qəbul edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sənədin lehinə 100, əleyhinə 5 deputat səs verib.

Hüquqi qiymət verilməsi üçün sənəd Qırğızıstan Baş Prokurorluğuna göndəriləcək. Parlamentdə bununla bağlı yaradılan təşəbbüs qrupu eks-prezident Almazbek Atambayevi vəzifəsindən sui-istifadə etməklə bir sıra cinayətlər törətməkdə ittiham edir.

İyunun 20-də keçirilmiş bu səsvermənin ərəfəsində Qırğızıstanın keçmiş prezidentinə yaxın bir sıra vəzifəlilələrin həbsləri həyata keçirilib.

Hakimiyyət orqanları bu ayın əvvəllərində keçmiş prezident administrasiyasının ədliyyə sistemində islahatlar şöbəsinin başçısı Manasbek Arabaevi korrupsiya ittihamları ilə həbs edib.

A.Atambaevin vaxtında baş nazir olmuş Sapar İsakov və Jantoro Satybaldievə qarşı da korrupsiya ittihamı irəli sürülüb.

Ötən il Qırğızıstan hüquq-mühafizə orqanları gömrük idarəsinin keçmiş rəisi Adamkul Junusovu və keçmiş müşavir İkramjan İlmiyanovu həbs etmişdi.

 
Məlumatlara görə, ölkənin yeni prezidenti Sooronbai Jeenbekov hakimiyyətini möhkəmləndirməyə çalışır və sələfini səlahiyyətlərini aşmaqda ittiham edir.

Almazbek Atambaev 2017-ci ilədək 6 il müddətində Qırğızıstanın prezidenti olub. O özünün baş naziri Jeenbekovun prezident seçilməsində əhəmiyyətli rol oynayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı