Modern.az

Rusiya vətəndaşlarına Gürcüstanla bağlı çağırış etdi: “Vəziyyət daha da gərginləşəcək”

Rusiya vətəndaşlarına Gürcüstanla bağlı çağırış etdi: “Vəziyyət daha da gərginləşəcək”

Dünya

21 İyun 2019, 11:45

“Gürcüstanda vəziyyət stabilləşməyincə, rusiyalı turistləri Gürcüstana səfər etməkdən çəkindirmək lazımdır”.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, bunu Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bildirib.

 

O qeyd edib ki, son illərdə Gürcüstan rusiyalı turistlər üçün sevimli yerlərdən biri olub.

“Ancaq hələ ki, vətədaşlarımız Gürcüstana  səfər etməkdən çəkinməlidir”-deyə o əlavə edib.

V.Cabarov deyib ki,  yaxın günlərdə Tbilisidə vəziyyətin daha da gərginləşməsi istisna deyil.

 

Qeyd edək ki, ötən gün Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

 

Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər. Hadisə yerinə polis cəlb olunub.

 

Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar.

 

Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, etiraz aksiyasının iştirakçılarına xüsusi təyinatlılar tərəfindən rezin güllələrin atılması və gözyaşardıcı qazdan istifadə nəticəsində 16 nəfər xəsarət alıb.

 

Onlardan 12 nəfərinin yüngül, 4 nəfərinin isə orta dərəcəli xəsarətlər aldığı bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı